Biz - Sizin oxucularınız “Dağlar arxasında üç dost”la, “Sö-
yüdlü arx”la, “Körpüsalanlar”la birlikdə “Büllur sarayda” “Ata-
yevlər ailəsi”nə qonaq olaraq, “Qəribə oğlan”la birlikdə “Bizim
qəribə taleyimiz”i yaşayaraq “Sarıköynəklə Valehin nağılı”na
qulaq asa-asa “Mahnı dağlarda qaldı” həsrətini yaşayacağıq. Bu
həsrət bizi keçmişə - “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd
Xiyabani”, “Polkovnik Allahyar bəy”lə tariximizə səsləyəcək.
“Geriyə baxma, qoca” deyib yaşının ixtiyar vaxtında əlinə
“Üçatılan” alan sevimli yazıçımız həmişə bizimlədir. Həmişə
gəncliklədir. Daim ürəyimizdə bir nida səslənəcək: “Sən həmişə
bizimləsən!!!”