Èëéàñ ßôÿíäèéåâ
422
elm, mədəniyyət, təhsil müəssisələrinin, ictimai təşkilatların
adından əklillər düzülmüşdü.
İlyas Əfəndiyevin nurlu sənətinin pərəstişkarları xalqımızın
sevimli yazıçısı ilə vidalaşmaq üçün axın-axın Mədəniyyət
Mərkəzinə gəlir, görkəmli söz ustasına son borclarını verirdilər.
İlyas Əfəndiyevin sənət və qələm dostları, elm, mədəniyyət
xadimləri, Milli Məclisin üzvləri mərhumun cənazəsi yanında
fəxri qarovulda dayandılar.
Dəfni təşkil edən Hökumət Komissiyasının sədri, Baş nazirin
birinci müavini Abbas Abbasov matəm mitinqini açaraq görkəmli
ədibin həyat və yaradıcılığından danışdı. O dedi: “Qüdrətli sənət-
karımız ömrünün son anına
kimi məhsuldar işləmiş, sənətə yeni
ab-hava gətirmiş, psixoloji dramaturgiyamızın əsasını qoymuş,
respublikada ədəbi prossesin fəal iştirakçılarından biri olmuş,
ədəbiyyat tariximizə öz adını əbədi həkk etmişdir. Müasir Azər-
baycan ədəbiyyatının böyük bir mərhələsi İlyas Əfəndiyevin adı
ilə bağlıdır. O, “Söyüdlü arx”, “Sarıköynəklə Valehin nağılı”,
“Geriyə baxma, qoca”, “Atayevlər ailəsi”, “Sən həmişə mənim-
ləsən”, “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”
kimi ölməz sənət əsərləri ilə ədəbiyyat və mədəniyyət xəzinəmizi
zənginləşdirmişdir. Ədibin bir çox əsərləri dünyanın müxtəlif
xalqlarının dillərinə tərcümə olunmuşdur və indi də tərcümə edil-
məkdədir. Yeni dövr bədii ədəbiyyatımızın təməl daşını qoyan-
lardan biri olan İlyas Əfəndiyevin
xidmətləri həmişə yüksək
qiymətləndirilmişdir. O, Xalq yazıçısı, Dövlət mükafatı laureatı
adlarına layiq görülmüş, müstəqil Azərbaycanın “Şöhrət” ordeni
ilə təltif edilən ilk şəxslərdən biri (birincisi- tərt.) olmuşdur.”
Natiq qeyd etdi ki, itkimiz ağır, kədərimiz sonsuz olsa da,
bununla təsəlli tapırıq ki, İlyas Əfəndiyev özündən sonra onu
əbədi yaşadacaq böyük ədəbi irs qoymuşdur. Görkəmli sənətkar,
gözəl insan İlyas Əfəndiyevin əziz və parlaq xatirəsi qədirbilən
xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Azərbaycan Yazıçılar
Birliyinin sədri Anar, mədəniyyət
naziri Polad Bülbüloğlu, akademik Bəkir Nəbiyev, Xalq artisti
Amaliya Pənahova, Xalq yazıçısı Hüseyn Abbaszadə, Xalq şairi
Áèáëèîãðàôèéà
423
Qabil, Bəstəkarlar İttifaqının sədri,
Xalq artisti Tofiq Quliyev,
Xalq artisti, Milli Məclisin üzvü Mikayıl Mirzə görkəmli ədibin
gözəl insani keyfiyyətlərindən və işıqlı yaradıcılığının xüsusiy-
yətlərindən söz açdılar. Natiqlər vurğuladılar ki, İlyas Əfəndiyev
ilk əsərlərindən başlayaraq xalqın istəkli yazıçısı olmuş, sonralar
isə ədəbiyyatımızın canlı klassikinə çevrilmişdir.
Azərbaycan
Dram Teatrında onun iyirmi pyesi tamaşaya qoyulmuş, həmişə də
böyük müvəffəqiyyət qazanmışdır. Onun səhnə əsərləri sayəsində
hər birinin özünəməxsus yaradıcılıq dəst-xətti olan istedadlı
aktyorların, rejissorların bütöv bir nəsli yetişmişdir. Azərbaycan
ədəbiyyatının XX əsrdə yetirdiyi ən qüdrətli sənətkarlardan biri
olan ədibin pyeslərinin hər biri dramaturgiyamızın tarixində əla-
mətdar hadisəyə çevrilib və bu əsərlərin hamısı birlikdə İlyas
Əfəndiyevin teatrını yaratmışdır. Azərbaycan söz xəzinəsinə yük-
sək sənətin ölməz incilərini bəxş edən İlyas Əfəndiyev eyni za-
manda ana torpağa, doğulub boya-başa çatdığı Qarabağa qəlbən
bağlı idi və bu mövzular onun yaradıcılığında xüsusi yer tuturdu.
Görkəmli ədibin vəfatı xalqımız, ədəbiyyatımız, mədəniyyətimiz
üçün ağır itkidir.
Matəm mitinqinin
sonunda mərhumun oğlu, yazıçı Elçin
Əfəndiyev çıxış edərək dedi ki, İlyas Əfəndiyev bütün ömrünü
milli ədəbiyyata, teatra, mədəniyyətə həsr etmişdir. Eyni zamanda
o, Azərbaycanı bütün varlığıyla sevirdi və ölkəmizin müsəqillik
qazanmasına qəlbən sevinirdi. Qarabağ faciəsi onu sarsıtmışdı,
lakin inanırdı ki, Azərbaycan Prezidenti Heydər Əliyevin möh-
kəm iradəsi, zəngin təcrübəsi, yorulmaz fəaliyyəti sayəsində xal-
qımız işğal olunmuş torpaqları mütləq geri qaytaracaq,
ölkəmizin
ərazi bütövlüyünü bərpa edəcəkdir. Əminəm ki, belə bir gün
gələcək və o gün İlyas Əfəndiyevin ruhunun ən şad məqamı
olacaqdır.
Elçin Əfəndiyev atasının xatirəsini əziz tutduqları üçün res-
publika Prezidentinə, dövlət və hökumət təşkilatlarına, yaradıcılıq
qurumlarına, matəm mərasiminin bütün iştirakçılarına öz adından
və mərhumun bütün ailə üzvləri adından minnətdarlığını bildirdi.
Azərbaycan Prezidenti Heydər Əliyev Xalq yazıçısı İlyas
Èëéàñ ßôÿíäèéåâ
424
Əfəndiyev ilə vida mərasimində iştirak etmək üçün Mədəniyyət
Mərkəzinə gəldi.
Respublika Prezidenti Heydər Əliyev, Milli Məclis sədrinin
birinci müavini Arif Rəhimzadə (o zaman sədr vəzifəsini icra
edirdi - tərt.), Baş nazirin birinci müavinləri Artur Rasizadə (o
zaman Baş nazir vəzifəsini icra edirdi- tərt.) və Abbas Abbasov
mərhumun cənazəsinin yanında fəxri qarovulda dayandılar.
Sonra dövlətimizin başçısı Heydər Əliyev mərhumun övlad-
larına, qohum-əqrabasına dərin hüznlə başsağlığı verdi.
Xalq yazıçısı İlyas Əfəndiyevin
cənazəsi ictimaiyyətin min-
lərlə nümayəndəsinin müşayiəti ilə Birinci Fəxri Xiyabana
gətirildi. Qələm dostları onun haqqında ürək sözlərini söylədilər,
din xadimləri mərhumun ruhuna dua oxudular. Azərbaycan
ədəbiyyatı və mədəniyyətinin görkəmli xadimi İlyas Məhəmməd
oğlu Əfəndiyevin cənazəsi doğma torpağa tapşırıldı. Məzarın
üzərinə əklillər, gül dəstələri düzüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!
Dostları ilə paylaş: