Azərbaycan.- 5 oktyabr.- 1996. Qara xəbər və başsağlığı
Xəbər aldığımıza görə, Azərbaycan Cümhuriyyətinin
görkəmli və məşhur yazıçı və nəmayəşnamə yazanı (dramaturqu-
tərt.) və bir çox çağdaş yazıçıların ustadı İlyas Əfəndiyev 82
yaşında Allahın rəhmətinə qovuşdu.
Bu böyük itkini başda onun ailəsinə, hörmətli oğlu Elçin
müəllim və qardaşına və Azərbaycan yazıçılarına başsağlığı
deyib, ulu Tanrıdan o mərhuma məğferət və qalanlarına uzun
ömür və səbr diləyirik.
Varlıq (İran).- 101-2, 1375-ci il.
Áèáëèîãðàôèéà
425
Acı xəbər: İlyas Əfəndiyev tanrının rəhmətinə qovuşdu
ANKARA - Bakıdan aldığımız acı xəbər Azərbaycan Kültür
Dərnəyi Yönetimi və mənsublarını acılara boğdu.
Azərbaycan Cümhuriyyətinin olduğu qədər Türk Dünyasının
da ən böyük dram yazarlarından biri olan İlyas Əfəndiyev Bakıda
Tanrının rəhmətinə qovuşdu.
İlyas Əfəndiyev 72 illik kommunist rus işğalı dönəmində
Kommunist partiyasına üzv olmağı rədd edən görkəmli şəxsiyyət-
lərdən biri idi. O, Sovet ordusunun Azərbaycanı işğal etdiyini,
Azərbaycan xalqının bir müstəmləkə həyatı yaşadığını gördükdən
sonra, mühacirətdə Müsavat Partiyasının rəhbəri olmuş Məmməd
Azər Aranla* birlikdə Türkiyəyə qaçmağa qərar vermişdir. Lakin
son anda atası onun qaçmasına mane olmuşdur.
Məmməd Azər Aran isə İrandan keçməklə Türkiyəyə gəlmiş,
Hərbi Tibb fakültəsinə daxil olmuş və buranı bitirdikdən sonra
türk ordusunda hərbi həkim kimi xidmət etmişdir. Əsəb xəstəlik-
ləri üzrə mütəxəssis olan Məmməd Azər Aran polkovnik rütbəsi-
nə kimi yüksəlmişdir. O, Türkiyəyə gəldikdən sonra, Müsavat