Azərbaycan ədəbiyyatı və mədəniyyətinə ağır itki üz verdi.
Görkəmli nasir və dramaturq, Xalq yazıçısı İlyas Məhəmməd
oğlu Əfəndiyev 82 yaşında vəfat etdi.
Bu gün bu itkinin ağrısını yaşamaq bizlərə nəsib oldu. Bu itki
yurd itkisinə, torpaq həsrətinə bərabər olacaq bir itkidir, ayrı-
lıqdır. Ədəbiyyatımızın, mədəniyyətimizin yarpaq tökümü baş
verib. Neçə-neçə dahilərimiz əbədi olaraq gözlərini bu dünyaya
yumublar. Onları əsərləri əsrlər boyu yaşadacaq.
Allah rəhmət eləsin, qəbriniz nurla dolsun, İlyas müəllim!
Biz - Sizin oxucularınız “Dağlar arxasında üç dost”la,
“Söyüdlü arx”la, “Körpüsalanlar”la birlikdə “Büllur sarayda”
“Atayevlər ailəsi”nə qonaq olaraq, “Qəribə oğlan”la birlikdə
“Bizim qəribə taleyimiz”i yaşayaraq “Sarıköynəklə Valehin
nağılı”na qulaq asa-asa “Mahnı dağlarda qaldı” həsrətini yaşaya-
cağıq. Bu həsrət bizi keçmişə - “Xurşidbanu Natəvan”, “Şeyx
Məhəmməd Xiyabani”, “Polkovnik Allahyar bəy”lə tariximizə
səsləyəcək. “Geriyə baxma, qoca” deyib yaşının ixtiyar vaxtında
əlinə “Üçatılan” alan sevimli yazıçımız həmişə bizimlədir.
Həmişə gəncliklədir. Daim ürəyimizdə bir nida səslənəcək: “Sən
həmişə bizimləsən!!!”