“Gənclik” jurnalı və “R.S. Gənclik” qəzetinin kollektivi. Gənclik.- 12-19 oktyabr.- 1996. Áèáëèîãðàôèéà
427
Öz yeri, öz sözü olan yazıçı Xalq yazıçısı İlyas Əfəndiyev dünyasını dəyişdi. Payız, ədə-
biyyatımızın və dramaturgiyamızın cəfakeşlərindən birini apardı.
Çoxlarının oxucu yaddaşına “Söyüdlü arx”la gələn İlyas
Əfəndiyevin sonrakı fəaliyyəti unudulmaz bir təsir bağışlayır. Bu
dövrdə İlyas müəllim bir sənətkar kimi, həm nəsr, həm də
dramaturgiyanı qoşa qanadtək taraz saxlamağa çalışdı.
Bir yandan “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”,
“Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan”
kimi romanlarını, bir yandan da “İşıqlı yollar”, “Bahar suları”,
“Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Unuda bilmi-
rəm”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı”, “Xur-
şidbanu Natəvan”, “Büllur sarayda”, “Bizim qəribə taleyimiz”,
“Şeyx Məhəmməd Xiyabani” kimi pyeslərini yazdı.
İlyas müəllimin bir insan kimi də, bir yazıçı kimi də ədə-
biyyat aləmində həmişə öz yeri, öz sözü olubdur. Öz yeri
olanların isə yeri həmişə görünür.