Microsoft Word ilyas efendiyev met doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə768/788
tarix31.12.2021
ölçüsü1,96 Mb.
#112945
1   ...   764   765   766   767   768   769   770   771   ...   788
ei b

İlyas Əfəndiyevin ailəsi. 
 
Azərbaycan.- 3 dekabr.- 1996; Xalq qəzeti.- 3 oktyabr.- 
1996. 


Èëéàñ ßôÿíäèéåâ 
 
430 
 
Əlavə 2  
 
YUNESKO-nun Baş Direktoru İrina Bokovanın  
İlyas Əfəndiyevin anadan olmasının 100 illik 
yubileyinin qeyd edilməsi münasibətilə söylədiyi nitq 
 
YUNESKO, Paris, 19 may 2014-cü il 
 
Cənab Elçin Əfəndiyev, Azərbaycan Baş nazirinin müavini! 
Cənab Anar Kərimov, Azərbaycan Daimi Nümayəndəliyinin 
müavini! 
Hörmətli qonaqlar!  
Xanımlar və cənablar! 
YUNESKO-da İlyas Əfəndiyevin anadan olmasının yüz illik 
yubileyinin qeyd edilməsi münasibəti ilə sizləri salamlamaqdan 
şərəf duyuram. Azərbaycanın Baş nazirinin müavini, cənab Elçin 
Əfəndiyevə bizi burada öz iştirakı ilə  məmnun etdiyinə görə 
minnətdalığımı bildirirəm.  İlyas  Əfəndiyev görkəmli dramaturq 
və yazıçı olub, bundan da vacibi isə onun böyük ziyalı və huma-
nist bir insan olmasıdır. Onun yaradıcılığı Azərbaycan cəmiyyəti 
üçün ilham mənbəyi və bu gün hamımızı ruhlandıran sənət nü-
munəsidir.  
İlyas Əfəndiyevin həyatı və ədəbi irsi onun müasir cəmiyyət-
də ideyalar və yaradıcılıq baxımından paylaşdığımız dəyərlərin 
inkişafında oynadığı vacib rolu göstərir. Cəmiyyətlərdə böyük 
dəyişikliklərin baş verdiyi müasir dövr bu rolun əhəmiyyətini 
daha da vurğulayır. Bu, YUNESKO-nun təşviq etdiyi, dəs-
təklədiyi və inkişaf etdirdiyi yoldur. 
İlyas Əfəndiyev bütün həyatını yaradıcılığa həsr etmiş, pyes-
lər, romanlar, hekayələr yazmışdır. O, dövrün qadağalarına bax-
mayaraq heç bir mövzudan çəkinməmiş  və yenilikçi sənəti for-
ması, bədii-psixoloji xüsusiyyətləri ilə Azərbaycan ədəbiyyatında 
dərin iz qoymuşdur. 
Áèáëèîãðàôèéà 
 
431 
Onun  əsərlərinin gücü qadirliyə, onu ruhlandıran mənəvi 
dəyərlərə, azadlıq, tolerantlıq və insan hüquqlarının bərqərar ol-
masına əsaslanır. Özünün də dediyi kimi: “Yazıçının böyük ürəyi, 
yüksək insani keyfiyyətləri olmalıdır. Ancaq bu halda yazıçı 
insanları duyğulandıra, onlarda məhəbbət və  mərhəmət hissləri 
oyada bilər.”  
İlyas Əfəndiyev böyük ürək sahibi olub. Bu sözlər bu gün də 
öz qüvvəsini saxlamaqdadır. Belə ürək sahibləri inkişaf, dialoq, 
sosial birlik naminə  ədalətli azad cəmiyyətlərin qurulmasında 
iştirak edən insanların gücünü daha da artırır. Bu ideyalar 
YUNESKO-nun fəaliyyətinin məğzini ifadə edir. 
Cənab Elçin Əfəndiyev, bilirəm ki, sizin də bir yazıçı kimi 
yaradıcılığınızda atanızın irsi çox əhəmiyyətli olub. 
Siz özünüz də Azərbaycan ədəbiyyatının yaşayan klassikisi-
niz, dunyada tanınmısınız. Siz 16 yaşınızdan yaradıcılıqla məş-
ğulsunuz və 100-dən çox kitab yazmısınız, bunlar 20-dən çox dilə 
tərcümə edilib və bildiyimə görə bu yaxınlarda Londonda 
“Mənim sevimli dəlim” tamaşanız təqdim olunub. Sizin bu gün 
bizimlə birlikdə olmağınız Azərbaycanda sənətə verilən qiymətin 
təzahürüdür. Azərbaycanda sənət - vətəndaşlığı, insaniyyətliyi, 
həmrəyliyi möhkəmləndirən, insanları, cəmiyyətləri yeniləndirən 
vasitələrdən biridir.  
Bu axşam qeyd etdiyimiz yubiley də elə bunun ifadəsidir. 
Xanımlar və cənablar! 
İlyas  Əfəndiyevin sənəti bütün Mərkəzi Asiyada ədəbiyyat
mədəniyyət və elm mərkəzi kimi tanınan Azərbaycanın bu sahə-
dəki zəngin tarixi ənənələrini davam etdirərək, Azərbaycan 
ədəbiyyatına və teatrına yeni bədii nəfəs gətirib. 
Azərbaycanın tarixi qədim  İpək Yolunun tarixidir. Bu tarix 
sənət, innovasiya, mədəniyyətlərin dialoqu kimi möhtəşəm mə-
dəni rəngarəngliyin tarixidir. Ötən il Bakıda mədəniyyətlərarası 
dialoq mövzusunda keçirilən Beynəlxalq Forumda iştirak etdiyim 
zaman mən özüm bunun canlı şahidi olmuşam. 
Xüsusi qeyd etmək istərdim ki, bu işdə Azərbaycanın birinci 
xanımı, bizim xoşməramlı səfirimiz Mehriban xanım Əliyevanın 


Èëéàñ ßôÿíäèéåâ 
 
432 
böyük xidmətləri var. 
Ötən ilin dekabrında Bakıda qeyri-maddi sərvətlərin mühafi-
zəsi üzrə Hökumətlərarası Komitənin təşkil olunması Azərbayca-
nın ümumbəşəri sərvətlərin mühafizəsi naminə götürdüyü öhdə-
liklərin dərinliyini əks etdirir. 
Mən Daimi nümayəndəliyə  mədəni tədbirlərin təşkilində 
göstərdiyi fəallıq, o cümlədən bu axşamkı  zəngin mədəniyyət 
hadisəsi üçün öz təşəkkürümü bildirirəm.  İnstrumental musiqi, 
xalq mahnıları, rəqs və fotoşəkillər hamısı,  İlyas  Əfəndiyevin 
şərəfinə nümayiş etdirilir və bu, bizim birlikdə  fərəhlə seyr 
etdiyimiz mədəni müxtəlifliyin bariz nümunəsidir. 
Təşəkkür edirəm! 
Áèáëèîãðàôèéà 
 
433 

Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   764   765   766   767   768   769   770   771   ...   788




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin