Əlavə 3
İlyas Əfəndiyevin əsərlərinin səhnə tarixindən
1944-cü il dekabr ayının 29-da teatrda Mehdi Hüseynlə İlyas
Əfəndiyevin “İntizar” pyesinin tamaşası oynanıldı. Bununla da
İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrı ilə 52 illik
yaradıcılıq əlaqəsinin təməli qoyuldu.
Quruluşçu rejissor - Səftər Turabov;
Rəssam - Bədurə Əfqanlı;
Bəstəkar - Səid Rüstəmov.
R o l l a r d a: Alxas bəy - Sidqi Ruhulla və Ağasadıq
Gəraybəyli; Cövhər xanım - Əminə Sultanova və Qəmər
Topuriya; Gülyaz - Sona Hacıyeva və Mirvari Novruzova; Zeyniş
- Mirzəağa Əliyev və Məmmədəli Vəlixanlı; Qambay - Süleyman
Tağızadə və İsmayıl Dağıstanlı; Cəfər - Mustafa Mərdanov və
Məmməd Sadıqov; Fərrux Haşımzadə - Əli Qurbanov və İsmayıl
Osmanlı; Tofiq - Əjdər Sultanov və Məcid Şamxalov; Sürəyya -
Hökumə Qurbanova və Məhluqə Sadıqova; Xaspolad - Sadıq
Saleh və Ramiz Mustafayev; Şərbətalı - Qafar Həqqi; Şəfqət
bacısı - Zəhra Rəhimova; Yaralı əsgər - H.Əzizov.