7.2. Beton və dəmir-beton məmulatların istehsalı
Beton - yapışdırıcı materialla (sement) doldurucu (qum, çınqıl və s.) və xüsusi əlavələrin
(bəzi hallarda) səmərəli nisbətdə qarışığının bərkiməsi nəticəsində alınan süni daş tikinti
materialıdır.
Yapışdırıcı materialdan asılı olaraq beton sementli, silikatlı, asfaltlı, əhəngli, gipsli, polimer
beton və s. növlü olur. Tikintidə müxtəlif sementlərdən hazırlanan betonlar istifadə olunur.
Silikatlı betonlar əsası əhəng, polimer betonlar əsası sintetik qətranlar (poliefir, epoksid, karbalid
və s.) olan, doldurucuları bərk və süni məsaməli materiallar (keramzit, aqlonorit, termozit) əlavə
etməklə hazırlanır. Son zamanlar betona çoxlu kimyəvi əlavələr - kalsium-xlorid, silisium, üzvi
mayelər, sintetik polimer birləşmələr daxil edilir.
Betonun hazırlanması beton zavodlarının betonqarışdırıcı sexlərində həyata keçirilir. Burada
iş xam materialların hazırlanması, yarımavtomatlaşdırılmış tərəzilərdə çəkilməsi, onların beton-
qarışdırıcı qurğulara doldurulması ardıcıllığı ilə gedir. Betonun əsas hissəsi dəmir-beton
məmulatlarının istehsalına verilir.
Dostları ilə paylaş: |