M a d d ə 9 .
Xarici bankların yerli filiallarının lisenziyalaşdırılması
9.1.
Maliyyə bazarlarına nəzarət orqanının verdiyi bank lisenziyası olmadan heç bir xarici
bank Azərbaycan Respublikasında filiallar aça bilməz.
9.2.
Xarici bankın yerli filialının açılmasına bank lisenziyasının alınması üçün müraciətlərə
baxılması iki mərhələdən ibarətdir:
9.2.1.bank lisenziyası almaq üçün ilkin müraciətin edilməsi və ona baxılması (birinci
mərhələ) və
9.2.2.dövlət qeydiyyatına alındıqdan sonra bank lisenziyası almaq üçün yekun müraciətin
edilməsi və ona baxılması (ikinci mərhələ).
9.3.
Xarici bank tərəfindən Azərbaycan Respublikasında filial açılmasına dair ilkin
müraciətə qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış aşağıdakı sənədlər
əlavə edilir:
9.3.1.bankın nizamnaməsi və filialın yaradılması barədə səlahiyyətli idarəetmə orqanının
qərarının surəti;
9.3.2.bankın mühüm iştirak paylarına malik olan sahiblərinin payı göstərilməklə siyahısı;
9.3.3.əgər bank şirkətlər qrupuna daxildirsə, həmin qrup haqqında məlumat, o cümlədən
qrupa daxil olan digər təşkilatlarda mühüm iştirak payına malik şəxslər, bu şəxslərin
inzibatçıları haqda məlumatlar;
9.3.4.təsisçi bank tərəfindən filiala ayrılmış, kapitala bərabər tutulmuş vəsaitin miqdarı
haqqında məlumat;
9.3.5.bankın ən azı son üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə
hesabatı və auditor rəyi;
9.3.6.filialın əsasnaməsi. Əsasnamədə filialın fəaliyyəti ilə bağlı digər məlumatlarla yanaşı
bank fəaliyyəti növləri, bank tərəfindən filial üzərində nəzarətin həyata keçirilməsi və ləğv
edilməsi qaydası göstərilməlidir;
9.3.7.filialın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilati
strukturunu, o cümlədən daxili nəzarət sistemini, habelə filialın işinin ilk üç ili üçün maliyyə
proqnozlarmı (balans, mənfəət və zərər haqqında hesabat) müəyyənləşdirən biznes-planı;
9.3.8.bu Qanunun 13.2.1-
ci maddəsində göstərilmiş
sənədlər;
9.3.9.filialın öhdəlikləri üçün bankın məsuliyyət götürməsini
təsdiq edən sənəd;
9.3.10. filiala təyin edilməsi təklif edilən inzibatçıların siyahısı, habelə onların hər biri üçün
peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti
haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş
anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı,
tərəflərindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş
qüsursuzluğuna dair ərizə;
İnzibatçı əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən
onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə
müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
9.3.11. ilkin müraciətə baxılması üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.
9.4. Xarici bankların yerli filiallarına bank lisenziyasının alınması üçün təqdim etdikləri ilkin
və yekun müraciətlərə baxılması və bank lisenziyasının verilməsi bu Qanunun 8-ci
maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir.
M a d d ə 10.
İnzibatçılara dair tələblər
10.1.Bankların, onların filiallarının, şöbələrinin, nümayəndəliklərinin və xarici bankların
yerli filiallarının və nümayəndəliklərinin inzibatçıları məqbul və lazımi keyfiyyətə malik şəxslər
olmalıdır.
10.2.Aşağıdakı şəxslər bankların, onların filiallarının, şöbələrinin və xarici bankların yerli
filia
llarının inzibatçısı ola bilməzlər:
10.2.1.maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar məcburi
ləğv olunmuş, yaxud müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul
edildiyi tarixdən əvvəlki bir
ildən az olmayan müddətdə bankın fəaliyyət strategiyasının
müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçısı (belə
şəxslər
iki il ərzində başqa bankın inzibatçısı ola bilməzlər);
10.2.2.üç ildən az olmayan müddət ərzində başqası ilə əvəz edilməsi barədə
maliyyə
Dostları ilə paylaş: