12.4.Xarici bankın nümayəndəliyin açılmasına icazə alınması üçün təqdim edilmiş
müraciətin qəbul edilməsi barədə bildirişin göndərildiyi gündən ən geci 60 təqvim günü
müddətində
maliyyə bazarlarına nəzarət orqanı bu Qanuna müvafiq olaraq müraciətə baxır
və müvafiq qərar qəbul edir. Hər bir halda
maliyyə bazarlarına nəzarət orqanı öz qərarının
surətini müvafiq xarici banka göndərir.
12.5.Xarici bankın nümayəndəliyi dövlət qeydiyyatına alındıqdan sonra dövlət qeydiyyatı
haqqında sənədin surətini və ilkin olaraq təqdim etdiyi məlumatlarda əhəmiyyətli dəyişikliklərin
olmadığı barədə yazılı bəyanatı təqdim etdikdən sonra
maliyyə bazarlarına nəzarət
orqanı ona icazə verir.
12.6.Xarici bankın yerli nümayəndəliyinə verilən icazədə nümayəndəliyin həyata keçirə
biləcəyi işlərin xarakteri, habelə icazəyə daxil edilən bütün məhdudiyyətlərin siyahısı
göstərilməlidir. İcazə alınması üçün müraciətin rədd edilməsi və ya icazəyə məhdudiyyətlər
daxil edilməsi haqqında qərarda bunun səbəbləri göstərilməlidir.
M a d d ə 13.
Xarici bankın və xarici bank holdinq şirkətinin yerli törəmə banklarına,
Dostları ilə paylaş: