yazılı bildirişi və bu orqanın törəmə bankın təsis edilməsinə və ya filialın, nümayəndəliyin
açılmasına yazılı icazəsi;
13.2.1.xarici bank holdinq şirkətinin törəmə bankı üçün - bank holdinq şirkətinin yerləşdiyi
ölkənin bank tənzimləməsi və nəzarəti orqanının bu şirkətə nəzarəti həyata keçirməsi, bu
şirkətin fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etməsi üçün
həmin ölkədə lisenziyası olan bir və ya bir neçə bankının olması və ya onları idarə etməsi
barədə yazılı bildirişi və bu orqanın törəmə bankın təsis edilməsinə yazılı icazəsi.
13.3. Xarici bankların və xarici bank holdinq şirkətlərinin törəmə banklarında İdarə Heyəti
üzvlərinin, xarici bankların yerli filiallarında isə inzibatçılarının ən azı biri Azərbaycan
Respublikasının vətəndaşları olmalıdırlar.
M a d d ə 14.
Bank lisenziyasının və ya icazənin verilməsi şərtləri
14.1
.
Bankların və xarici bankların yerli filiallarının etibarlı və prudensial idarə olunmasını
təmin etmək zərurəti nəzərə alınmaqla, bank lisenziyası bu Qanuna uyğun olaraq yalnız
aşağıdakı şərtlər gözlənildikdə
verilir:
14.1.1.bankın ilkin nizamnamə kapitalı və ya xarici bankın yerli filialının ilkin nizamnamə
kapitalına bərabər tutulmuş vəsaiti
maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ilkin
müraciətin təsdiq edildiyi zaman müəyyən edilmiş
miqdardan az deyildir;
14.1.2.mühüm iştirak paylarının sahibi olan bir və ya bir neçə təsisçisinin banka təsirinin
onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar
məlum deyildir;
14.1.3.bank ilə mühüm iştirak payı olan xarici bank və ya xarici bank holdinq şirkəti
arasında münasibətlər
maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın nəzarət
funksiyalarını həyata keçirməsinə mane olmayacaqdır, təsisçi bankın və ya bank holdinq
şirkətinin yerləşdiyi ölkədə bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən onlara səmərəli
nəzarət həyata keçirilir, həmçinin bu ölkənin bank tənzimləməsi və nəzarəti orqanları
maliyyə
bazarlarına nəzarət orqanı ilə əməkdaşlıq edəcəkdir;
14.1.4.mühüm iştirak paylarının sahibləri olan fiziki şəxslər və hüquqi şəxslərin icra
orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə
malik şəxslər olduqda;
14.1.5.bankın və ya xarici bankın yerli filialının inzibatçıları bu Qanunun 10-cu və müvafiq
hallarda 13.3-
cü maddəsinin tələblərinə cavab verir;
14.1.6.bankın və ya xarici bankın yerli filialının daxili idarəetmə və nəzarət prosedurları
adekvatdır;
14.1.7.bankın və ya xarici bankın yerli filialının biznes-planı, o cümlədən maliyyə
proqnozları adekvatdır;
14.1.8.yerli törəmə bank xarici hüquqi şəxsin (xarici bank və ya bank holdinq şirkəti istisna
olmaqla)
törəmə strukturu deyildir;
14.1.9.
bank xarici bankın və ya xarici bank holdinq şirkətinin törəmə bankıdırsa, xarici
bank və ya xarici bank holdinq şirkəti törəmə bankın gələcək öhdəliklərinin ödəniləcəyinə
Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda təminat verir;
14.1.10.xarici bank yerli filialının gələcək öhdəliklərinin lazımınca və vaxtında
ödəniləcəyinə təminat verir;
14.1.11.bank xarici bankın və ya xarici bank holdinq şirkətinin törəmə bankıdırsa, təsisçi
xarici bankın və ya xarici bank holdinq şirkətinin yerləşdiyi ölkənin bank tənzimləməsi və
nəzarəti orqanı törəmə bankın təsis edilməsinə icazə vermiş və
maliyyə bazarlarına nəzarət
orqanı ilə həmin orqan arasında məsləhətləşmələrdən sonra müəyyən olunmuşdur ki, xarici
banka və ya xarici bank holdinq şirkətinə və onların törəmə banklarına (xarici və yerli) bu
orqan tərəfindən konsolidasiya əsasında lazımi
nəzarət həyata keçiriləcəkdir;
14.1.12.təsisçi xarici bankın ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti
orqanı yerli filialın açılmasına icazə vermiş və bankın fəaliyyətinə lazımi nəzarəti həyata
keçirir;
14.1.13.bank şirkətlər qrupunun üzvüdürsə, bu cür üzvlük
maliyyə bazarlarına nəzarət
Dostları ilə paylaş: