57.6.2. ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin tam və ya qismən alıcı banka köçürülməsini; 57.6.3. körpü bankın yaradılmasını, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin körpü banka köçürülməsini və körpü bankın investora satılmasını; 57.6.4. ödəmə qabiliyyətini itirmiş bankın investora satılmasını; 57.6.5. ödəmə qabiliyyətini itirmiş bankın ləğvini. 57.7. Müvəqqəti inzibatçı bankın kreditorlarının bankın rezolyusiyası çərçivəsində əldə edəcəyi vəsaitin bankın ləğv ediləcəyi halda əldə edəcəyi vəsaitdən az olmamasını təmin etməlidir. 57.8. Banka müvəqqəti inzibatçı təyin olunduğu dövrdə bankın aktivlərinin və maliyyə vəziyyətinin qiymətləndirilməsi, habelə aktivlərin dəyərinin aşağı düşməsinin qarşısını almaq məqsədi ilə maliyyə bazarlarına nəzarət orqanının ərizəsi ilə məhkəmə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişləri tamamilə və ya qismən dayandıra (moratorium tətbiq edilə) bilər. Maddə 57-1. Bankın müvəqqəti inzibatçı tərəfindən idarə edilməsi 57- 1.1. Müvəqqəti inzibatçı bu Qanunla bank inzibatçıları üçün müəyyən edilmiş tələblərə cavab verməlidir. 57- 1.2. Ödəmə qabiliyyətini itirmiş banka aidiyyəti olan şəxslər, bankın səhmdarları, kreditorları və borcluları müvəqqəti inzibatçı təyin edilə bilməzlər. Bu kimi halların mövcudluğu müvəqqəti inzibatçı təyin olunduqdan sonra aşkar olunarsa, inzibatçının fəaliyyətinə xitam verilir. 57- 1.3. Bankın idarə edilməsi ilə bağlı bütün xərclər bankın vəsaiti hesabına həyata keçirilir. Bankın idarə edilməsi üçün bankın öz vəsaiti olmadıqda, bankın idarə edilməsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilmiş xərclər smetası əsasında maliyyə bazarlarına nəzarət orqanının vəsaiti hesabına həyata keçirilir. İdarə edilməsi üçün kifayət qədər vəsaiti olmayan bankın rezolyusiyası 3 ay müddətində başa çatdırılmalıdır. Maddə 57-2. Müvəqqəti inzibatçının bankın idarə edilməsi ilə bağlı səlahiyyətləri 57- 2.1. Banka müvəqqəti inzibatçı təyin edilməsi barədə maliyyə bazarlarına nəzarət orqanının qərarı banka təqdim edildiyi gündən idarəetmə orqanları bankın möhürlərini,
ştamplarını, bütün əmlakını, mühasibat kitablarını və digər sənədlərini müvəqqəti inzibatçıya təhvil verməli və bankın fəaliyyəti ilə bağlı zəruri olan məlumatları təqdim etməlidir. 57- 2.2. Maliyyə bazarlarına nəzarət orqanının müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı müvəqqəti inzibatçının bankın binasına daxil olmasını, bankın aktivlərini, mühasibat kitablarını və yazılarını idarəetməyə qəbul etməsini və onların qorunmasını təmin etməlidir. 57- 2.3. Müvəqqəti inzibatçının təyin olunduğu gündən bankın idarəetmə orqanları tərəfindən imzalanmış əqdlər və həyata keçirdiyi əməliyyatlar hüquqi qüvvəyə malik olmur və etibarsız hesab olunur. Müvəqqəti inzibatçı bankın bütün idarəetmə orqanlarının səlahiyyətlərini həyata keçirməklə yanaşı, aşağıdakı tədbirləri görür: 57- 2.3.1. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür; 57- 2.3.2. bankın kreditorlarını və onların qarşısında bankın pul öhdəliklərinin miqdarını müəyyən edir; 57- 2.3.3. bankın qarşısında olan borcların qaytarılması üçün tədbirlər görür; 57- 2.3.4. bankın adından müqavilələr və sənədlər imzalayır; 57- 2.3.5. kredit müqavilələri də daxil olmaqla, bankın maraqlarına aşkar şəkildə zidd olan şərtlərlə bağlanılması nəticəsində bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olmuş müqavilə öhdəliklərinin icrasından imtina və həmin müqavilələrin ləğvi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada tədbirlər görür; 57- 2.3.6. bankın maliyyə dayanıqlılığına xələl gətirdiyi halda bankın investisiya qoyuluşunu nəzərdə tutan müqavilələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada ləğvi və ya onlara əlavə və dəyişikliklər edilməsi üzrə tədbirlər görür; 57-2.3.7. aktiv lərin keyfiyyətinin pisləşməsinin qarşısını almaq tələb olunduqda bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; 57-2 .3.8. bankın fəaliyyətinin auditini və hüquqi sənədlərinin ekspertizasını təşkil edir; 57-2.3.9. bu Qanunun 57-10- cu maddəsində nəzərdə tutulmuş tədbirləri görür, bankın ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir, banka dəymiş zərərin ödənilməsi üçün məhkəmədə iddia qaldırır; 57- 2.3.10. bankda və onun yaratdığı törəmə hüquqi şəxslərdə işdən azad edilmə, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, aşağı vəzifəyə keçirilmə, müvəqqəti vəzifədən kənarlaşdırma, işçilər arasında vəzifə bölgüsü də daxil olmaqla, əmrlər verir;
57- 2.3.11. bankın xərclərinin azaldılması istiqamətində tədbirlər görür; 57- 2.3.12. maliyyə bazarlarına nəzarət orqanının razılığı ilə bankın idarə edilməsinə başqa şəxsləri, o cümlədən bankın inzibatçılarını və əməkdaşlarını cəlb edir; 57- 2.3.13. mənfəətin bölüşdürülməsini və dividendlərin ödənilməsini dayandırır; 57- 2.3.14. ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının layihəsini hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim edir; 57- 2.3.15. ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının yerinə yetirilməsi üçün işlər görür; 57- 2.3.16. öz fəaliyyəti və bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası barədə ayda bir dəfə maliyyə bazarlarına nəzarət orqanına hesabat verir. 57- 2.4. Bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması, itirilmiş kapitalının bərpası və likvidliyini n təmin edilməsi məqsədi ilə müvəqqəti inzibatçı, həmçinin aşağıdakı səlahiyyətləri həyata keçirir: 57- 2.4.1. bankın rezolyusiyası ilə bağlı tədbirlər planının hazırlanması çərçivəsində bankın aktivlərinin və öhdəliklərinin həcmini müəyyən edir, yenilənmiş balans hesabatını hazırlayır, məcmu kapitalını yenidən qiymətləndirir və bankın kapital kəsirini müəyyən edir; 57- 2.4.2. bankın kapitalının artırılması üçün: 57- 2.4.2.1. nizamnamə kapitalındakı payının artırılması müqabilində bankın mühüm iştirak payına malik səhmdarlarına məxsus olan, bankın çatışmayan kapitalı həcmində bankda saxlanılan əmanətlərini nizamnamə kapitalına daxil edir; 57- 2.4.2.2. nizamnamə kapitalındakı payının artırılması müqabilində bankın mühüm iştirak payına malik səhmdarlarının banka bilavasitə və ya dolayı olaraq verdiyi subordinasiya borc öhdəliklərini ikinci dərəcəli kapitaldan nizamnamə kapitalına daxil edir; 57- 2.4.3. bankın yaratdığı törəmə hüquqi şəxslərdəki payını (onun bir hissəsini), mülkiyyətində olan daşınmaz əmlakı və digər aktivləri satır və ya girov qoyur. Maddə 57-3. Ödəmə qabiliyyətini itirmiş bankın aktivlərinin pisləşməsinin və