dövlətin iştirakı 57- 9.1. Dövlət vəsaitləri cəlb edilməklə sistem əhəmiyyətli bank barəsində maliyyə sağlamlaşdırılması tədbirləri həyata keçirilə bilər. 57- 9.2. Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi meyarları Mərkəzi Bank və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən olunur. 57- 9.3. Ödəmə qabiliyyətini itirmiş bank maliyyə bazarlarına nəzarət orqanının sistem əhəmiyyətli banka münasibətdə müəyyən etdiyi meyarlara uyğun olduqda, maliyyə
bazarlarına nəzarət orqanı bankın maliyyə sağlamlaşdırılması ilə bağlı tədbirlər planını hazırlayır. 57- 9.4. Tədbirlər planının layihəsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bankın sağlamlaşdırılması üçün ayrılacaq ən az həcmdə dövlət vəsaiti və minimum itkinin hesablanması prinsipi ilə müvafiq təhlillər aparılmaqla hazırlanır. 57- 9.5. Tədbirlər planı ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin inventarizas iyasının nəticələri əsasında bankın maliyyə və əmlak vəziyyətinin qiymətləndirilməsi yolu ilə müəyyən edilmiş aşağıdakı metodlardan hər hansı biri ilə bankın ödəmə qabiliyyətinin bərpası tədbirlərini özündə əks etdirməlidir: 57- 9.5.1. ödəmə qabiliyyətini itirmiş bankın səhmlərinin azı 75 faizinin dövlətə məxsus banka Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qoşulması və ya bu cür dövlətə məxsus bank tərəfindən satın alınması; 57- 9.5.2. sonradan investora satılması şərtilə ödəmə qabiliyyətini itirmiş bankın səhmlərinin 50 faizdən çoxunun dövlət tərəfindən əldə edilməsi və əlavə səhm emissiyası ilə dövlət vəsaiti hesabına bankın nizamnamə kapitalının artırılması; 57- 9.5.3. bankın səhmdarlarının razılığı ilə bankın idarə edilməsini dövlətin əlində saxlamaq və sonradan dövlətin iştirak payını bankın mövcud səhmdarlarına və ya bankın bütün səhmlərinin başqa bir investora satılması şərtilə bankın səhmlərinin 50 faizdən az hissəsinin dövlət tərəfindən satın alınması; 57- 9.5.4. sistem əhəmiyyətli bankın rezolyusiyası məqsədi ilə bu Qanunun 57.6-cı maddəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi. 57- 9.6. Tədbirlər planına xüsusilə ödəmə qabiliyyətini itirmiş bankın ödəmə qabiliyyətinin bərpası tədbiri kimi itkilər və xərclər baxımından daha sərfəli olan bu Qanunun 57-9.5-ci maddəsində göstərilmiş metodlardan hər hansı birinin seçilməsi üçün xərclərin əsaslandırılması və onların müqayisəli təhlili daxil edilir və bankın sağlamlaşdırılması üçün tələb olunan dövlət vəsaitinin məbləği göstərilir. 57-9.7. Tədbirlər planı maliyyə bazarlarına nəzarət orqanı tərəfindən hazırlandıqdan sonra bankın sağlamlaşdırılması üçün tələb olunan dövlət vəsaitinin məbləği və ödənilməsi üsulları razılaşdırılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Tədbirlər planına müvafiq icra hakimiyyəti orqanının təklifi ilə müvafiq əlavə və (və ya) dəyişikliklər edilir. Tədbirlər planı təqdim olunduqdan sonra 10 gün ərzində müvafiq icra hakimiyyəti orqanı plana dair öz əsaslandırılmış rəyini təqdim etməlidir. Maliyyə bazarlarına nəzarət orqanı müvafiq icra hakimiyyəti orqanının rəyini aldıqdan sonra 3 gün müddətində ödəmə qabiliyyətini itirmiş
sistem əhəmiyyətli bankın tədbirlər planını müvafiq qərar qəbul edilməsi üçün həmin rəylə birlikdə müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı bankın sağlamlaşdırılması təklifinə müsbət baxdıqda, bankın maliyyə sağlamlaşdırılması haqqında qərar qəbul edir və müvafiq tədbirlər planını təsdiq edir. 57- 9.8. Ödəmə qabiliyyətini itirmiş sistem əhəmiyyətli bankın dövlət tərəfindən satınalınması dövlət büdcəsi vəsaiti hesabına və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət zəmanəti ilə təmin edilmiş istiqrazların emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsilə həyata keçirilir. Ödəmə qabiliyyətini itirmiş sistem əhəmiyyətli bankın məcmu kapitalı nizamnamə kapitalından az olduğu halda, bankın səhmlərinin yeni nominal dəyəri müəyyən edilərək nizamnamə kapitalı müvafiq həcmdə azaldılır. Bankın kapitalı itirildiyi halda isə bankın nizamnamə kapitalının dəyəri 1 (bir) manata endirilir və bu qiymətə satın alınır. 57- 9.9. Maliyyə bazarlarına nəzarət orqanının təyin etdiyi müvəqqəti inzibatçı bankın maliyyə sağlamlaşdırılması tədbirlərini müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi tədbirlər planı əsasında həyata keçirir. Müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş sistem əhəmiyyətli bankın ödəmə qabiliyyətinin bərpası ilə bağlı bu Qanunun 57-2-ci və 57-3-cü maddələrində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. 57-9.10. Öd əmə qabiliyyətini itirmiş bankın ödəmə qabiliyyətinin bərpası ilə bağlı tədbirlər planının təsdiq olunduğu gündən 3 ay ərzində bu Qanunun 57-9.5.1-57-9.5.3-cü maddələrində nəzərdə tutulmuş hər hansı metodlardan biri tətbiq oluna bilmədikdə, maliyyə bazarla rına nəzarət orqanı bu Qanunun 57.6-cı maddəsində nəzərdə tutulmuş qaydada bankın rezolyusiyası üzrə tədbirlər görür. Maddə 57-10. Banka vurulmuş zərərin ödənilməsi və bankın ödəmə qabiliyyətinin