Bankın məcburi ləğvinə dair məhkəmənin qərarı bütün müdafiə vasitələrindən istifadə
edilənədək qüvvədə qalır və ləğvedicinin ləğvetmə tədbirlərini həyata keçirmək
səlahiyyətlərini dayandırmır.
59.5.
Bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmə qərarının
qəbul edildiyi andan:
59.5.1.bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının
ümumi yığıncağının səlahiyyətləri ləğvediciyə keçir
(banka müvəqqəti inzibatçı təyin olunduğu
halda, müvəqqəti inzibatçının səlahiyyətlərinə bankın məcburi ləğvi barədə məhkəmə qərarı
qəbul edildiyi andan maliyyə bazarlarına nəzarət orqanı tərəfindən xitam verilir);
59.5.2.bank inzibatçılarının və ya səhmdarlarının bank adından etdikləri hərəkətlər
hüquqi
qüvvəyə malik olmur;
58.5.3. bank aktivlərinin mühafizəsi və məhkəmə qərarlarının icrası məqsədilə aktivlərin
üzərinə qoyulmuş bütün həbslər
hüquqi qüvvəsini itirir;
59.5.4. bankın girov məbləği (ipoteka) həddində təmin etdiyi öhdəlikləri istisna olmaqla,
qalan aktivlər həbsdən və ya icraatdan müdafiə edilir.
59.6. Ləğvedicinin təyin edildiyi tarixdən bankın idarəetmə orqanları (müvəqqəti inzibatçı
təyin olunduğu halda, müvəqqəti inzibatçı) bankın möhürlərini, ştamplarını, bütün əmlakını,
mühasibat kitablarını və digər sənədlərini təhvil-təslim aktı ilə ləğvediciyə təhvil verməlidir.
Banka təyin edilmiş ləğvedici başqası ilə əvəz edildiyi hallarda, eyni qaydada təhvil-təslim
işləri həyata keçirilməlidir. Təhvil-təslim aktı bankın məcburi ləğvi barədə qərar çıxarmış
məhkəmənin qərarı ilə təsdiq edilir. Ləğvedicinin qəbul etdiyi qərarlar və göstərişlər məcburi
ləğv edilən bankın işçiləri üçün məcburi xarakter daşıyır.
59.7.Bankın ləğvi ilə bağlı bütün xərclər bankın aktivləri hesabına ödənilir. Ləğvedicinin
(ləğvedicilərin) əmək haqqı maliyyə bazarlarına nəzarət orqanının təklifi ilə məhkəmə
tərəfindən təyin edilir. Bu xərclər növbədənkənar qaydada ödənilir.
59.8.Bankın məcburi ləğvi
bu Qanunun tələbləri nəzərə alınmaqla,
Azərbaycan
Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçirilir. Məcburi ləğv
olunan bankın aralıq ləğvetmə balansı, ləğvetmə tədbirlərinin və öhdəliklərin yerinə yetirilməsi
barədə hesabat, habelə ləğvetmə balansı məhkəmə tərəfindən təsdiq olunur. Müvafiq
hesabatların təqdim edilməsi müddətləri məhkəmə tərəfindən müəyyən olunur.
59.9.Məhkəmənin qərarı ilə ləğvedici bu Qanunun 74-cü maddəsində nəzərdə tutulmuş bir
və ya bir neçə əməliyyatı həyata keçirə bilər.
59.10.
Bankın məcburi ləğvi dövründə ləğvedici öz fəaliyyəti haqqında maliyyə bazarlarına
nəzarət orqanına onun müəyyənləşdirdiyi formada və müddətlərdə hesabat verir,
habelə maliyyə bazarlarına nəzarət orqanının tələb etdiyi sənədləri və informasiyanı təqdim
edir.
Ləğvedicinin öz funksiyalarmı lazımınca yerinə yetirməməsi faktı aşkar edilərsə, maliyyə
bazarlarına nəzarət orqanının müraciəti ilə məhkəmə ləğvedicinin başqa şəxslə əvəz edil-
məsi barədə qərar çıxara bilər.
59.11.
Ləğvedici məcburi ləğv tədbirlərini həyata keçirərkən bu Qanunun 61-ci
maddəsində göstərilmiş əsaslardan hər hansı birinin mövcudluğunu aşkar etdikdə bank
barəsində iflas proseduruna başlanmasına dair əsaslandırılmış vəsatətlə maliyyə bazarlarına
nəzarət orqanına müraciət edir.
X
fəsil
Dostları ilə paylaş: