M a d d ə 6 4. Məhkəmə baxışı
64.1.
Bank barəsində iflas proseduruna başlanılmasına dair ərizəni baxılmağa qəbul
etdikdən sonra məhkəmə maliyyə bazarlarına nəzarət orqanı, bütün digər ərizəçiləri və
b
ankın özünü, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ərizə verildikdə isə həmçinin
bankın müvəqqəti inzibatçısını ərizəyə baxılması üzrə qapalı iclasda iştiraka dəvət edir.
Məhkəmə baxışı ərizənin verildiyi andan 48 saat ərzində başlanılmalıdır.
64.2.
Məhkəmə baxışı ərizənin verildiyi gündən 7 təqvim günü müddətində başa
çatdırılmalıdır. Məhkəmə baxışının nəticələrinə əsasən məhkəmə ərizəni rədd edir və ya
təmin edir.
M
a d d ə 6 5. Ərizənin rədd edilməsi üçün əsaslar
65.1.
Bank barəsində iflas proseduruna başlanılmasına dair ərizəni məhkəmə aşağıdakı
hallarda rədd edir:
65.1.1.ərizə bu Qanunun 62.1-ci maddəsinin tələblərinə uyğun verilmədikdə;
65.1.2.bu Qanunun 65.2-
ci maddəsinə uyğun olaraq maliyyə bazarlarına nəzarət
orqanı ərizəyə etiraz etdikdə;
65.1.3.ərizənin əsaslandırılması üçün məhkəməyə təqdim edilmiş hər hansı sənəd və ya
digər sübut saxta və ya qeyri-dəqiq olduqda və bu sənədlərsiz, yaxud digər sənədlərsiz ərizə
bu Qanunun tələblərinə cavab vermədikdə;
65.1.4.kreditorlar tərəfindən verilmiş ərizə əsassız olduqda;
65.1.5.bu Qanunun 61.1-
ci maddəsində göstərilmiş əsasların aradan qalxması üçün kifayət
edən məbləğdə kapitalın bərpasına dair məhkəməni və maliyyə bazarlarına nəzarət
orqanı təmin edən sübutlar təqdim edildikdə.
65.2.
Bankın müflis elan edilməsi barədə ərizə bankın kreditorları tərəfindən
verilmişdirsə, maliyyə bazarlarına nəzarət orqanı ərizəyə yalnız aşağıdakı hallarda etiraz edə
bilər:
65.2.1.Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bankın iflasına başlamaq üçün
əsasların olmadığı müəyyən olunduqda. Məhkəmə maliyyə bazarlarına nəzarət orqanından
onun rəyini təsdiqləyən sübutların, o cümlədən maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
təsdiq olunmuş bankın maliyyə hesabatını tələb edə bilər;
65.2.2.bu Qanunun 57-9.7-ci
maddəsinə uyğun olaraq maliyyə sağlamlaşdırılması barədə
müvafiq icra hakimiyyəti orqanının qərarmı məhkəməyə təqdim etdikdə.
M a d d ə 6 6. Bankın kreditorları tərəfindən əsassız verilmiş ərizənin rədd edilməsi
66.1.Bankın kreditorları bank barəsində iflas proseduruna başlanılmasına dair əsassız
ərizə verdikdə məhkəmə istənilən vaxt həmin ərizəni bu Qanunun 65.1.4-cü maddəsində
göstərilən əsaslara istinadla dinləmələr keçirməklə və ya keçirmədən yazılı şəkildə rədd edə
bilər. Ərizə rədd edildikdə məhkəmə ərizəçilərin üzərinə ərizənin verilməsi nəticəsində bankın
və/və ya maliyyə bazarlarına nəzarət orqanının çəkdiyi xərcləri və zərəri ödəmək
vəzifəsini qoyur.
66.2.Bank barəsində iflas proseduruna başlanılmasına dair əsassız ərizə verilməsində
təqsirli sayılmış şəxs Azərbaycan Respublikasının inzibati qanunvericiliyinə uyğun olaraq
məsuliyyət daşıyır.
M a d d ə 6 7. Müflis elan olunmayan bankın məcburi ləğvi
Bank barəsində iflas proseduruna başlanılmasına dair maliyyə bazarlarına nəzarət
orqa
nı tərəfindən verilmiş ərizə məhkəmə tərəfindən bu Qanunun 65.1.3-65.1.5-ci
maddələrində göstərilən əsaslardan başqa, digər əsaslar üzrə rədd edildikdə, bankın bu
Qanunun 59-
cu maddəsinə uyğun olaraq məhkəmə qaydasında məcburi ləğvi həya-ta
keçirilir.
Madd
ə 6 8. Bankın müflis elan olunmasına dair qərar
Bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında
məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin
edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və
həmin andan bankın iflas proseduruna başlanılır.
M a d d ə 6 9. Bankın müflis elan olunmasına dair qərarın təqdim edilməsi və dərc
Dostları ilə paylaş: |