Planlı stasionar müalicə – hemofiliyanın inhibitor forması,
residivləşən hemartrozu, ağır artropatiyası olan xəstələrdə
rekonstruktiv-bərpaedici əməliyyatlar, ortopedik və cərrahi
reabilitasiya aparılması məqsədini güdür.
Oynaqların cərrahi müalicəsi – hemofiliyalı xəstələrdə daha
çox sinovektomiya, korreksiyaedici osteotomiya və diz, bud-çanaq
və digər oynaqların ümumi endoprotez əməliyyatları aparılır.
Sinovektomiya aparılmasına göstəriş (açıq, artroskopik)
artropatiyanın II-III mərhələsində olmasıdır. Bu zaman qığırdaq
toxuması dağılmış olur, oynaq səthinin kənar destruksiyası müşahidə
olunur. Korreksiyaedici osteotomiyaya göstəriş kontraktura, valqus
və varus deformasiyasının olmasıdır.
Ümumi endoprotez əməliyyatı statik gərginlik və hərəkət zamanı
oynaqlarda kəskin ağrılar, patoloji sınıqlar zamanı göstərişdir.
Dostları ilə paylaş: |