IX faktor konsentratı
Hemofiliya B xəstəliyinin müalicəsində IX faktor
konsentratlarına üstünlük verilir.
Hal-hazırda tətbiq olunan preparatlar 2 sinfə bölünür:
►
təmizlənmiş IX faktor preparatları
►
IX faktor konsentratları (PKK)
Hemofiliya B-nin müalicəsində PKK (protrombin kompleksi
konsentratları) əvəzinə mümkün olduğu qədər təmiz FIX
konsentratlarına üstünlük verilməlidir (В)
43
– xüsusən aşağıdakı
hallarda:
Cərrahi müdaxilələr
Qaraciyər xəstəlikləri
Yüksək doza ilə uzunmüddətli terapiya
Tromboz və ya tromboza meyillilik
Tromboz riski daşıyan preparatların, antifibrinolitik
dərmanların yanaşı istifadəsi
Təmizlənmiş IX faktor preparatları olmadığı hallarda IX faktor
konsentratları istifadə oluna bilər.
Dozalanma/istifadə qaydaları
Hər flakonda 250-dən 2000 vahidə qədər faktor konsentratı olur.
İnhibitor yoxdursa, venadaxilinə bədən kiloqramının çəkisinə
uyğun vurulmuş hər vahid FIX, plazmada IX faktorun səviyyəsini
təxminən 1 BV/dl artırır (D)
8
.
Hesablanmış dozanı təsdiqləmək üçün faktor yeridildikdən sonra
hər 15 dəqiqədən bir FIX səviyyəsi yoxlanmalıdır (D)
8
.
Rekombinant FIX (rFIX) ilə xəstənin sağalma tezliyi plazma
məhsulları ilə müqayisədə aşağıdır. Belə ki, hər kq bədən çəkisinə
uyğun vurulmuş preparat 15 yaşa qədər uşaqlarda FIX aktivliyini
0,7 BV/dl, böyüklərdə isə 0,8 BV/dl artırır.
Preparatın dozasını hesablamaq üçün xəstənin kq-la ifadə
olunmuş bədən çəkisini tələb olunan faktor səviyyəsinə vurmaq
lazımdır.
Məs., 45 kq x 40 = 1800 BV IX faktor.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
21
Preparatların dozası və ya faktor səviyyəsinin hesablanması
Cədvəl 5-ə əsasən təyin olunur.
FIX konsentratları venadaxilinə çox asta, böyüklərdə dəqiqədə
3 ml, uşaqlarda dəqiqədə 100 vahidi aşmamaq şərtilə və ya
preparatın məlumat kağızında qeyd olunduğu kimi vurulur.
Əgər PKK istifadə olunarsa, 2 dəfə az sürətlə vurulur. Məhsulun
içindəki məlumat kağızına baxılmalıdır (В)
66
.
Təmizlənmiş IX faktor preparatları ilə uzunmüddətli müalicə
hematoloq tərəfindən həyata keçirilməlidir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
|