Hemofiliya B xəstələrində allergik reaksiyalar
İnhibitoru olan hemofiliya B xəstələrinin təxminən 50%-də FIX
konsentratına qarşı anafilaksiya da daxil olmaqla güclü allergik
reaksiyalar yarana bilər. Belə reaksiyalar inhibitor yaranmasının ilk
simptomu ola bilər.
Hemofiliya B diaqnozu təzə qoyulan, ailə anamnezində genetik
defekt, inhibitor riski olan xəstələri xəstəxana şəraitində müalicə
etmək lazımdır ki, FIX konsentratları ilə müalicənin ilk 10-20 seansı
zamanı baş verə biləcək güclü allergik reaksiyaları adekvat müalicə
etmək mümkün olsun. Reaksiyalar gec də büruzə verə bilər, lakin bu
zaman daha zəif ola bilər (D)
60
.
Dostları ilə paylaş: |