14
yardım mütəxəssisləri, həmçinin ev şəraitində xəstənin özü və ya
ailənin müvafiq təlim keçmiş üzvləri, valideynləri tərəfindən həyata
keçirilir.
Stasionar müalicə –
hematoloji mərkəz və çoxprofilli
xəstəxanaların cərrahi, ixtisaslaşmış ortopedik şöbələrində, həmçinin
hemofiliyanın klinik əlamətlərindən asılı olaraq müalicə-profilaktik
müəssisələrinin profil şöbələrində aparılır.
Təcili hospitalizasiya –
həyati vacib orqanlarına qansızması olan
xəstələrə (başın travması, baş beyin, onurğa beyinə qansızma, bel,
boyun nahiyəsində travma, mədə-bağırsaq qanaxması, peritonarxası
hematomalar, massiv hematuriya) və kəskin cərrahi patologiyaları
olan xəstələrdə (kəskin appendisit, deşilmiş xora, peritonit, dalağın
cırılması və s. kimi hallarda) hematoloq baxışı, əvəzedici terapiya və
lazımi müayinələr imkanı olan müalicə müəssisələrinin profil
şöbələrində aparılır. İnstrumental müayinə üsulları VIII və ya IX
laxtalanma faktorunun 50%-dən az olmamasını tələb edir.
Dostları ilə paylaş: