FİZİKAL MÜAYİNƏ
Xəstələrin müayinəsinin vacib hissəsi olmasına baxmayaraq,
onun nəticələri nadir hallarda diaqnostik əhəmiyyət daşıyır.
Baxış
►
Bəzən xəstələrdə mərkəzi sianoz və selikli qişaların sianotik rəng
alması müşahidə olunur
►
Ağ ciyərlərin hiperinflyasiyası (ağ ciyərlərin havalılığının
artması) əlamətləri: qabırğaların nisbətən üfüqi istiqamət alması,
çəlləkvarı döş qəfəsi, qarnın irəli yönəlməsi
►
TS sakit vəziyyətdə dəqiqədə 20-dən artıq olur, tənəffüs isə
nisbətən səthi olur
►
Xəstə nəfəsini dodaqlarını bir qədər sıxaraq verir, bu zaman
verilən nəfəs axınının sürətinin azalmasına və ağ ciyərlərin daha
effektiv boşalmasına şərait yaranır
►
Uzanmış vəziyyətdə tənəffüs əzələlərinin hərəkətləri müşahidə
olunur
►
Aşıq-baldır oynağının və baldırların aşağı hissəsinin ödemi sağ
mədəcik çatışmazlığının yeganə əlaməti ola bilər
Dostları ilə paylaş: |