Qanın klinik analizi
►
Kəskinləşmə vaxtı – neytrofil leykositoz, C-reaktiv zülalın
artması.
►
ACXOX-un bronxotik tipi olan xəstələrdə hipoksemiya inkişaf
etdikdə polisitemik sindrom müşahidə olunur (eritrositlərin
sayının artması, hemoqlobinin yüksək səviyyəsi, hematokritin
qadınlarda 47%-dən, kişilərdə 52%-dən yüksək olması, qanın
qatılığının artması)
►
Anemiya təngnəfəsliyin səbəbi və ya onu gücləndirən amil ola
bilər.
Əlavə müayinə üsulları
►
Bədən çəkisi indeksinin ölçülməsi
Bədən çəkisi (kq)
Boy
2
(m)
►
Elektrokardioqrafiya (imkan olduqda exokardioqrafiya)
►
ACXOX-un kəskinləşməsi vaxtı AB-lərlə müalicə aparmaq
məqsədilə AB həssaslığının öyrənilməsi üçün bəlğəmin əkilməsi
(imkan olduqda həmçinin bronxoalveolyar lavajın əkilməsi
aparılmalıdır)
►
Obstruksiyanın geri dönən olmasını təyin etmək üçün sınağın
aparılması
►
Fiziki yükləmə testi (6 dəqiqəlik yerimə testi) (Əlavə 2)
►
Döş qəfəsinin kompüter tomoqrafiyası adi praktikada tövsiyə
olunmur, lakin KT diferensial diaqnozun aparılmasında yardım
edə bilər. Döş qəfəsinin KT-si bullektomiya və ya ağ ciyərin
həcminin azaldılması üzrə cərrahi əməliyyatda faydalı ola bilər.
►
Arterial qanda qazların ölçülməsi. Bu test FEV1< 40% olduğu
zaman və ya tənəffüs və ürəyin sağ hissələrinin çatışmazlığı olan
hallarda aparılmalıdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
17
►
ACXOX diaqnozu qoyulan cavan yaşlı (<45 yaş) xəstələrdə və
ailə anamnezində α
1
-antitripsin defisiti olanlarda α
1
-antitripsin
defisiti testi yoxlanılmalıdır.
►
Siqaret çəkmə indeksinin hesablanması (indeks qutu/il göstəricisi
ilə qiymətləndirilir):
45> Dostları ilə paylaş: |