Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr) (1)
Toxunma gərginliyi. Elektrik qurğusunun izolyasiyası deşildikdə cərəyan
qurğunun gövdəsinə, oradan da yerləbirləşdirici elektrod vasitəsilə yerə axır. Yer
səthində dayanmış insanın əli yerləbirləşdiriciyə bənd edilmiş metal hissələrə
toxunduqda əldə yerləbirləşdiricinin potensialı, ayaqlarda isə başqa potensial əmələ
gəlir. Ayaqlarda əmələ gələn potensialın qiyməti ayaqlarla yerləbirləşdirici
arasındakı məsafədən asılıdır.
Göstərilən vəziyyətdə əl ilə ayaqlar arasında yaranan potensiallar fərqi
toxunma gərginliyi adlanır. Yerləbirləşdiricidən uzaqlaşdıqca toxunma gərginliyi
də artır.