Oxu təLİMİ Müəllimlər üçün vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə15/54
tarix31.12.2021
ölçüsü0,84 Mb.
#113337
1   ...   11   12   13   14   15   16   17   18   ...   54
oxu-talimi-muallimlar-ucun-vasait

3. Səmərəli oxu üsulları 

Ana  dili  dərslərində  oxu  zamanı  müxtəlif  üsullardan  istifadə  olunur.  Seçilən 

üsulların mətnin xüsusiyyətinə (bədii, elmi, publisistik) uyğun olmasına diqqət etmək 

vacibdir.  



Mətnlərin müqayisəsi 

Mövzu təqdim edilir və şagirdlərə həmin mövzuda kiçik bir mətn yazmaq tapşırılır. 

Sonra  şagirdlərə  yazdıqları  mətn  ilə  dərslikdəki  mətnləri  müqayisə  etmək  tapşırığı 

verilir: Mətnləri oxuyun, hər iki mətnin oxşar və fərqli cəhətlərini seçin. Seçim edərkən 

aşağıdakı məsələləri nəzərə alın: 

•  Sizin yazdığınız mətndə verilən məsələlər

•  Dərslikdəki mətndə verilən məsələlər; 

•  Hər iki mətndə verilən məsələlər

•  Fikirlərinizi daha aydın ifadə etmək üçün Venn diaqramından istifadə edin. 

•  Öyrəndiklərinizdən nə qənaətə gəldiniz? 

•  Belə  bir  mövzuda  yenidən  mətn  yazsaydınız,  ona  başqa  nələr  əlavə 

edərdiniz? 

 

 

 



 

 

 




16 

 

Sinkveyn 

Fransızların  yaratdığı,  beş  sətirdən  ibarət  şeir  janrı  olan  “Sinkveyn”  (fransızca 

“beş” deməkdir) üsulu “beş coşğu", yaxud “beş uğur" mənasını verir. Sinkveyn xüsusi 

qaydalar əsasında yazılan şeirdir. Həmin qaydalar isə belədir: 

1.  Birinci sətirdə şeirin həsr olunduğu məfhumun adı verilir və adətən isimlə ifadə 

olunur. 

2. İkinci  sətirdə  həmin  məfhumu  təyin  edən,  sizin  onun  haqda  fikirlərinizi  ifadə 

edən iki söz verilir və adətən sifətlə ifadə olunur. 

3.  Üçüncü  sətirdə  məfhumun  nə  etdiyini,  yaxud  onunla  nə  edildiyini  göstərən  üç 

söz verilir və adətən feillə ifadə olunur. 

4. Dördüncü  sətirdə  məfhuma  münasibətinizi  göstərən  dörd  sözdən  ibarət  cümlə 

(cümlə sual və ya xitab formasında da ola bilər) verilir. 

5. Beşinci sətirdə isə məfhumla bağlı insanın hiss və assosiasiyalarını təsvir edən 

bir və ya iki söz verilir. Məsələn: 

Tətil. 

Nəşəli, unudulmaz. 

Dincəlirik, əylənirik, sevirik.  

Hamının sevdiyi xoşbəxt çağlar. 

Xoşbəxtlik. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin