Kərpiclər
(Hekayə)
- Salam! Siz mənə bir az pul verə bilərsiniz?
- Nəyə görə mən sizə pul verməliyəm? - deyə qadın soruşdu.
- Çünki mənim bir əlim yoxdu.
- Yaxşı. Siz həyətdən mənim evimə kərpic daşısanız, mən sizə pul verəcəyəm.
- Mən bunu necə edərəm? Axı mənim bir əlim yoxdu!
Qadın kişiyə bunu necə edəcəyini göstərmək üçün bir əlini belinə qoyur və digər
əli ilə kərpici götürür və evə gətirir.
Kişi bütün gün boyu evə kərpic daşıyır və günün sonunda qadın onun pulunu
ödəyir.
Uzun illər ötür. Günlərin bir günü qadının qapısı döyülür. Qadın qapını açdıqda
bahalı geyimdə bir şəxs görür. Həmin şəxsi bir neçə xidmətçi və avtomobillər müşayiət
edirdi.
O, qadına xeyli pul uzadır və deyir:
- Buyurun, bu, sizin pullarınızdır!
- Bu nəyin mükafatıdır? - deyə qadın soruşur.
- Bir neçə il əvvəl siz mənə özümə və öz gücümə inam bağışlamışdınız!
Qadın ona baxır və görür ki, kişinin bir əli yoxdur. O, kişinin gözünün içinə baxır
və deyir:
- Bu pulları götürün və heç bir əli olmayan insana verin.
Dostları ilə paylaş: |