Oxu təLİMİ Müəllimlər üçün vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə38/54
tarix31.12.2021
ölçüsü0,84 Mb.
#113337
1   ...   34   35   36   37   38   39   40   41   ...   54
oxu-talimi-muallimlar-ucun-vasait

Cırcırama və qarışqa 

 

Cırcırama yay, bahar 



Nəğmə oxur biqərar! 

Hər çiçəyin yarpağı 

Olmuş idi oylağı. 

Kefə alışmış idi, 

Başı qarışmış idi. 

Tutdu xəbər bir zaman, 

Qış yetişib, ay aman! 



35 

 

Yayı keçirmiş hədər,  



Yox daha güldən əsər. 

Hər yeri çovğun alıb, 

Gül-çiçək, hər yan solub. 

Qaldı o biçarə ac,  

Susdu daha naəlac. 

Qarışqaya o zaman  

Yalvarıb dedi: “Aman,  

Qonşucuğaz, yazadək 

Bəslə məni, ver yemək.” 

Dedi qarışqa: “Sənin 

Yayda nə idi işin?” 

“Güllər arasında mən 

Eyləmiş idim vətən.” 

“Neyləyirdin yayda sən?” 

“Nəğmə oxurdum da mən.” 

“Yayda oxurdun, demək, 

İndi isə oyna, bəy!” 

İvan Krılov 

(Tərcümə: Abdulla Şaiq) 

 

1.  Hansı xüsusiyyət qarışqaya aiddir? 

A) Lovğalıq  

B) Qayğıkeşlik 

C) Əməksevərlik 

D) Tənbəllik 

2.  Hansı atalar sözü təmsilin əsas ideyasına uyğundur? 

A) Yayda çəkən zəhməti, qışda görər ləzzəti. 

B) Düşmənə əyilməkdənsə, ölmək daha yaxşıdır. 

C) Tək əldən səs çıxmaz. 

D) Artıq tamah baş yarar. 

__________________________________________________________________'>3.  Cırcırama yayı necə keçirdi? 

________________________________________________________________

________________________________________________________________ 

4.  Qışda cırcırama nə üçün ac qaldı? 

________________________________________________________________

________________________________________________________________

________________________________________________________________ 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin