36
5.4. Şeirlərin oxusu
Şeirlərin oxusu şagirdlərin hafizəsini möhkəmləndirir, nitqini inkişaf
etdirir, dünyagörüşünü artırır və onlarda estetik zövq formalaşdırır.
Nümunə:
Qarabağı vermərəm
Bütün aləm danışır
Mənim səxavətimdən,
Qonağa pay verəndə
Bahasını verərəm.
Dostlara süfrə açıb
Öz halal nemətimdən,
Evimin ipəyini,
Xarasını verərəm.
Lazım olsa yolunda
Keçib can sərvətimdən,
Çıxarıb ürəyimin
Parasını verərəm.
Kimlər ki, şəfqət tapır
Ana təbiətimdən,
Dərman kimi dağların
Havasını verərəm,
Amma dağı vermərəm,
Mən heç zaman dönmərəm
Fikrimdən, niyyətimdən.
Lazım gəlsə, gözümün
Qarasını verərəm,
Qarabağı vermərəm!
Tofiq Bayram
1. Şeirdə xalqımızın səxavəti haqqında nə deyilir?
________________________________________________________
___________________________________________________________
___________________________________________________________
2. Şair nə üçün “Dağın havasını ver ərəm, amma dağı verm ərəm”
deyir? Fikrinizi izah edin.
37
________________________________________________________
________________________________________________________
________________________________________________________
3. Şeirin əsas ideyası nədir?
_______________________________ _________________________
________________________________________________________
________________________________________________________
İnformativ (elmi-kütləvi) m ətnlərin oxusu
Elmi mətnin “süjeti” spesifikdir: burada müəllif oxucunu həqiqət axtarışına cəlb
edir. Oxucu müəllifin izi ilə gedərək gözlənilən nəticəyə gəlməlidir. Bu cür mətnin
kompozisiyası elmi-tədqiqat işinin mərhələlərinin ardıcıllığını əks etdirir:
1. Problemin (sualın, məsələnin) dərk edilməsi və məqsədin qoyulması – giriş
hissə;
2. Problemin həlli yollarının axtarışı, mümkün variantların nəzərdən keçirilməsi
və hipotezaların (fərziyyələrin) irəli sürülməsi, ideyanın (hipotezanın) sübut olunması,
tədqiqat məsələsinin həlli – əsas hissə;
3. Cavabın alınması və onun yoxlanması – nəticə.
Beləliklə, elmi mətndə fikir faktlarla ifadə olunur. Hətta kiçik həcmli mətnlər
(məqalə, məlumat) belə, rubrikalara bölünür, bir tədqiqat epizodundan digərinə keçid
vurğulanır. Elmi mətnin əsas janrları tezis, məqalə və monoqrafiyadır. Yeni elmi
informasiya əsasən məhz bu janrların vasitəsi ilə yayılır. Başqa janrlar ya informasiyanı
qısa şəkildə (referat, annotasiya) verir, ya da onu qiymətləndirir (resenziya, rəy).
Dostları ilə paylaş: