Oxu təLİMİ Müəllimlər üçün vəsait


Elmi mətni oxuyarkən aşağıdakı ardıcıllıq gözlənilir



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə40/54
tarix31.12.2021
ölçüsü0,84 Mb.
#113337
1   ...   36   37   38   39   40   41   42   43   ...   54
oxu-talimi-muallimlar-ucun-vasait

Elmi mətni oxuyarkən aşağıdakı ardıcıllıq gözlənilir: 

1. Başlığı və birinci abzası oxuyun və qərar verin: bu mətni oxumaq üçün kifayət 

qədər  məlumatınız  varmı?  Əgər  əlavə  hazırlığa  ehtiyac  varsa,  digər  mənbələrə 

müraciət edin;  

2.  Əsas fikirlərə nəzər salınbaşlıq və yarımbaşlıqları təhlil edin. Əsas fikirləri 

qeyd edin, mətndəki şəkil, sxem və diaqramları nəzərdən keçirin; 

3.  Terminləri  müəyyənləşdirin.  Mətndə  tanış  olmayan  sözlərə  rast  gəlirsinizsə, 

lüğətə baxın; 

4.  Dərketmənizi  yoxlayın.  Mətnin  oxusunu  dayandırıb  özünüzə  sual  verin:  “Mən 


38 

 

bundan nə anladım?” Mətndən əldə etdiyiniz yeni informasiyanı əvvəlki biliklərinizlə 



əlaqələndirin.  

5.  Mətnin  ideyasını  anlamadınızsa,  onu  yenidən  oxuyun.  Mürəkkəb  cümlələri 

(fikirləri) öz sözlərinizlə ifadə edin.  

6.  Mətni  axıra  kimi  oxuyun.  Oxuduqca  fikirlər  sizin  üçün  daha  aydın  ola  bilər. 

Oxuyub qurtardıqdan sonra mətni yenidən nəzərdən keçirin, anlamadığınız hissələri 

bir də oxuyun.  

7.  Oxu  zamanı  özünüz  üçün  qeydlər  edin.  Məsələn,  əsas  fikirlərin  altından  xətt 

çəkin,  konspekt  hazırlayın,  nəticələri  yazın  –  bütün  bunlar  fikrinizi  oxuduğunuz 

material ətrafında cəmləməyə kömək edəcək.  


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin