Mühasibat sistemləri. Bu proqramlar mətn və cədvəl redaktorlarının, həmçinin
VBİS-in funksiyalarını özlərində birləşdirmişdir. Mühasibat sistemləri ilkin
mühasibat sənədlərinin tərtibi və uçotu, müəssisənin istehsal, təsərrüfat və
maliyyə fəaliyyətinin yekunlarına dair müntəzəm hesabatların vergi orqanlarının,
büdcədənkənar fondların və statistik uçot orqanlarının tələb etdikləri formada
hazırlanmasının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. 1C, Smart,
Uyum muhasibat proqramları var.
Maliyyə-analitik sistemləri. Bunlar bank və birja strukturlarında istifadə edilir.
Maliyyə-analitik sistemləri maliyyə və ticarət bazarlarında, habelə xammal
bazarlarında gözlənilən situasiyaya nəzarət etmək və proqnozlaşdırmaq,
həmçinin cari hadisələri təhlil etmək və hesabat tərtib etmək işlərini
avtomatlaşdırmaq üçündür.
|