İnstrumental dillər və proqramlaşdırma sistemləri. Bu vasitələr yeni
proqramların tərtib edilməsi üçün nəzərdə tutulmuşdur. Bu sistemlərin köməyi ilə
tərtib edilmiş proqramı kompüter anlayır və maşın kodunda icra edir. Hər bir
əmr 1 və 0-lar sırası şəklində verilir. Proqramın maşın dilində yazılması qətiyyən
münasib deyildir. Buna görə də proqram insana aydın olan dildə, yəni
instrumental dildə, başqa sözlə, alqoritmik dildə və ya proqramlaşdırma dilində
tərtib edilir və sonra translyator adlanan xüsusi proqram vasitəsilə proqram mətni
maşın koduna tərcümə edilir ki, buna da proqramın translyasiya edilməsi deyilir.
Translyatorlar 2 tip olur:
1) interpretatorlar
2) kompilyatorlar.
İnterpretator proqramdakı bir operatoru oxuyur, təhlil edir və həmin anda
iccra edir. Sonra növbəti operatoru oxuyur və s. Kompilyator isə proqramı
tamamilə oxuyub təhlil etdikdən sonra proqramın icrasına başlayır.
İnstrumental dillər aşağı səviyyəli (maşın dilinə yaxın) və yüksək səviyyəli
(insan dilinə yaxın) olmaqla 2 qrupa bölünür. Aşağı səviyyəli dillərə
assemblerlər, yüksək səviyyəli dillərə isə Algol, Fortran, Pascal, Basic, Java,
Dostları ilə paylaş: |