Sistem səviyyəsi
Sistem səviyyəsi keçici səviyyədir. Bu səviyyənin proqramları kompüterin
digər proqramlarının baza səviyyəsinin proqramları və bilavasitə aparat təminatı
ilə qarşılıqlı fəaliyyətini təmin edir. Bütövlükdə hesablayıcı sistemin istismar
göstəriciləri sistem səviyyəsinin proqramlarından asılıdır. Kompüterə yeni
avadanlığın qoşulması zamanı sistem səviyyəsində həmin avadanlıqla qarşılıqlı
fəaliyyəti təmin edən bütün proqramlar qurulmalıdır. Konkret qurğularla
qarşılıqlı fəaliyyət yaratmaq üçün nəzərdə tutulan proqramlar drayver adlanır.
Sistem səviyyəsinin digər sinif proqramları istifadəçi ilə qarşılıqlı fəaliyyəti təmin
etmək üçündür. Bu proqramlar verilənləri hesablayıcı sistemə daxil etməyə,
sistemin işinə rəhbərlik etməyə və nəticələri münasib formada almağa imkan
verir. Kompüterlə işin münasibliyi və məhsuldarlığı istifadəçi interfeysinin bu
təminat vasitələrindən asılıdır. Sistem səviyyəsindəki proqram təminatı çoxluğu
kompüterin əməliyyat sisteminin nüvəsini təşkil edir. Əmməliyyat sisteminin
nüvəsinin mövcudluğu istifadəçinin hesablayıcı sistemdə praktiki işləyə bilməsi
üçün ilk şərtdir. Əməliyyat sisteminin nüvəsi aşağıdakı funksiyaları yerinə yetirir:
- yaddaşın idarə edilməsi;
-giriş-çıxış proseslərinin idarə edilməsi;
-fayl sisteminin idarə edilməsi;
-proseslərin qarşılıqlı fəaliyyətinin və dispeçerlənməsinin təşkili;
-resursların istifadə edilməsinin uçota alınması;
-əmrlərin emalı və s.
Dostları ilə paylaş: |