Xidmətedici səviyyə
Bu səviyyənin proqramları həm baza, həm də sistem səviyyələrinin
proqramları ilə qarşılıqlı fəaliyyət göstərir. Xidmətedici proqramlar (utilitlər)
kompüter sisteminin yoxlanması və sazlanması işlərinin avtomatlaşdırılmasını
həyata
keçirir,
həmçinin
sistem
proqramlarının
funksiyalarının
yaxşılaşdırılmasını təmin edir. Bəzi xidmətedici proqramlar iş başlayan kimi
əməliyyat sisteminin tərkibinə daxil olaraq onun nüvəsini genişləndirir. Lakin
bunların əksəriyyəti əməliyyat sisteminin imkanlarını genişləndirmək üçün
nəzərdə tutulan əməliyyat sisteminə nəzərən xarici proqramlardır. Yəni
xidmətedici proqramların bir qismi əməliyyat sistemi ilə inteqrasiya edilir digər
qismi isə ayrıca fəaliyyət göstərir.
Dostları ilə paylaş: |