əksəriyyəti bu proqramların köməyilə icra edilir. Baza proqram vasitələri sistem
səviyyəsinin proqramlarının tərkibində yerləşir və əməliyyat sistemi ilə birgə
fayllarındakı informasiya daha sıx yerləşdiyindən informasiya daşıyıcısından
səhvlərin düzəldilməsi və kompüter sisteminin işinin optimallaşdırılması üçün
Proqramların qurulması vasitələri - Bunlar cari proqram konfiqurasiyasına yeni
proqram təminatının əlavə edilməsinə nəzarət etmək üçündür. Bu vasitələr
proqram təminatının ətraf mühitinin vəziyyətini və burada baş verən dəyişikliyi
izləyir, əlavəetmə ilə əlaqədar olaraq yeni yaranan əlaqələri və ləğvetmə ilə bağlı
olaraq itirilmiş əlaqələri protokollaşdırır. Əlavəetmə və ləğvetmələrin idarə
edilməsi üzrə sadə vasitələr əməliyyat sisteminin tərkibində saxlanır. Lakin bu
məqsəd üçün əlavə xidmətedici proqramlardan da istifadə etmək mümkündür.
Kommunikasiya vasitələri - Bunlar uzaq məsafələrdəki kompüterləri
əlaqələndirmək, elektron poçtla xəbər ötürmək və s. üçün nəzərdə tutulmuşdur.
Baxış və təkraryaratma vasitələri - Bunlar əsasən fayllarla işləmək üçün, onları
öz doğma proqramlarına (məsələn, mətn sənədini Word-ə) yükləmək və lazımi
düzəlişlər etmək üçündür. Əgər redaktə işi lazım deyilsə, mətn üçün verilənlərə
universal baxış, səs və ya video üçün universal təkraryaratma vasitələri
mövcuddur.
Kompüter təhlükəsizliyi vasitələri - bura verilənlərin pozulmasına, onlara
icazəsiz müdaxilə edilməsinə, baxış keçirilməsinə və dəyişdirilməsinə qarşı
istifadə edilən aktiv və passiv vasitələr aiddir.
Passiv müdafiə vasitələri dedikdə, fayl menecerləri, faylın surətinin çıxarılması,
yerinin dəyişdirilməsi, adının dəyişdirilməsi, katloqların (qovluqların)
yaradılması, obyektlərin ləğv edilməsi, faylların axtarılması və fayl daxilində
naviqasiya və s.
Aktiv müdafiə vasitələri kimi antivirus proqram təminatından istifadə edilir.
Verilənləri icazəsiz müdaxilədən qorumaq üçün kriptoqrafiyaya əsaslanan xüsusi
sistemlər mövcuddur.
Dostları ilə paylaş: