129
Cənab Abbas əllərini göyə qaldıraraq, belə münacat etməyə başladı:
«Rəbbimiz, sən bizi yaratdın və edəcəyimiz hər şeyi bilirdin. Allahım, əvvəldə bizə
lütf
etdiyin kimi, sonda da bizə lütf et».
Cabir deyir: «Hələ dua bitməmişdi ki, buludlar hərəkət etməyə və yağış
yağmağa başladı və evlərimizə çatmamışdıq ki, yağış bizi islatdı».
Buxari belə nəql edir: «Qıtlıq zamanında Ömər ibn Xəttab Abbaş ibn
Əbdülmüttəlibi vəsilə edərək Allahdan yağış yağdırmasını istəyirdi. O, belə dua
edirdi: «Allahım! Peyğəmbərimizin əmisini vəsilə edərək səndən yağış istəyirik».
Sonra yağış yağmağa başladı».
2. İbn Əbil-Hədid Mötəzili «Nəhcül-bəlağənin şərhi» kitabında (cild: 2 səh:
256, Misir çapı) belə nəql edir: «Xəlifə Ömər Rəsulallahın (s)
əmisi həzrət Abbasla
bərabər Allahdan yağış istəmək üçün çölə getdi. Xəlifə Ömər yağış istəmək üçün
olan yerə gəlib yetişdikdə, belə ərzi etdi: «Allahım, şübhəsiz ki, biz Peyğəmbərin
əmisini və onun atalarının yadigarı və bəni-Haşimin böyüklərini vasitə edərək,
Sənə yönəldik. Peyğəmbərinin məqamını onun əmisində hifz et. Çünki o, əzəmətli
dərgahından şəfaət və məğfirət diləmək üçün bizi Sənə yönəltməkdə rəhbərlik
etdi».
Sünnü ağaların hekayəsi və xəlifə Ömərin təqibçilərinin halı aşdan daha isti
bir qab kimi çox məşhur bir sözə bənzəyir. Onların vəziyyəti Ömərin halıyla
tutuşmur. Çünki xəlifə Ömər zəruri və ehtiyac duyduğu hallarda Peyğəmbərin (s)
Əhli-beytini (ə) şəfaətçi edərək, Allahdan hacətini tələb edərdi. Amma biz şiələr o
pak Əhli-beyti (ə) şəfaətçi qərar verib, onların vəsiləsi ilə Allahdan bir şey
istədikdə, bizə
etiraz edərək, bizləri ya
kafir edirlər, ya da müşrik!
Ali-Məhəmmədi (s) Allaha şəfaətçi (vasitəçi) etmək şirkdirsə, o zaman öz
alimlərinizin rəvayətlərinə görə ilk müşrik xəlifə Ömər ibn Xəttabdır. Yox, əgər
xəlifənin əməli şirk deyilsə, ən gözəl əməllərdəndirsə (çünki xəlifə bu əməli
etmişdir), o zaman şiələrin əməlləri və onların Ali-Məhəmmədi (ə) vəsilə etmələri
də, heç vaxt şirk sayılmayacaqdır.
Belə isə ağaların, Allahın qəzəbinə gəlməmələri üçün (şiələrə iftira etdiklərinə
görə)
sözlərindən dönərək, Allahdan məğfirət istəmələri lazım gəlir.
130
Əgər xəlifə Ömər səhabələrin irəlidə gedənlərindən olmasına baxmayaraq,
həzrət Peyğəmbərin (s) Əhli-beytini (ə) özünə vəsilə etmədən duaları qəbul
olmursa, o zaman vasitəsiz olaraq bizim dualarımızın qəbul olmasını necə deyə
bilərsiniz?!
Demək ki, Ali-Məhəmməd (ə) Peyğəmbəri-əkrəmin (s) zamanından
günümüzə qədər bütün zamanlarda bəndələr üçün Allaha yönəlməkdə bir vasitə
idilər. Biz də, onlar tərəfdən Allahdan iznsiz hacətlərin qəbul edildiyinə inanmırıq.
Əksinə, onları saleh bəndələr, haqq İmalar (ə) və Allahın dərgahına yaxın olaraq
görürük. Bu səbəbdən, Onları Allah-təalayla öz aramızda vasitə edirik.
Bu nəzərimizə ən böyük dəlilimiz, dua kitablarımızdır. Məsum İmamlardan
(ə) nəql olan bu dualar əvvəldə bildirdiyim şeyin xaricində bizə əmr edilməmişdir.
Biz də, bunların xaricində əməl etmirik və etməyəcəyik də!».
Hafiz: «Eşitdiklərinizi qoyul bir kənara, gördüklərinizi söyləyin! Görəsən,
şiənin böyük alimlərinin hansı mötəbər dua kitablarını gördünüz və ya
oxudunuz?».
Dostları ilə paylaş: