142
Əlinin zamin olduğu insanın qətl olunduğu il;
1019-cu ildə Seyid Nurullah şəhid oldu.
Hafiz: «Haqsız yerə bizi günahlandırırsınız. Cahillərin və avamların etdikləri
ifrat hərəkətlər məni də çox narahat edir. Amma şiələrin əməlləri onları bu cür
iyrənc əməllər etməyə təhrik edir».
Dəvətçi: «Şiələrin hansı əməli onları öldürməyə, qorxutmağa, talan etməyə və
namuslarına
toxunmağa səbəb olmuşdur, söyləyə bilərsinizmi?!».
Hafiz: «Hər gün minlərlə insan ölülərin qəbirləri qarşısında durub, onlardan
yardım istəyirlər. Görəsən, şiələrin bu davranışı ölülərə tapınmaq deyilmi? Nə
üçün alimlər buna mane olmurlar? Milyonlarla insan o qəbirlərin önündə üzlərini
toprağa sürtüb, səcdə edirlər. Bu andan sonra təmiz insanların əlinə bəhanə düşür,
ifrat dərəcədə təsir göstərmələrinə səbəb olur. Təəccübləndiricisi də budur ki, siz
bu növ əməllərə tövhid adını verib, bu kimi insanlara da müvəhhid deyirsiniz».
(Biz bir-birimizlə danışdığımız an Hənəfi fəqihlərindən Şeyx Əbdüsalam
«Hədiyyətuz-zairin» adlı kitabı qarşısına qoyub, səhifələrini çevirərək, oxuyurdu.
Sanki bir anda, bu kitabdan mənə tutarlı cavab vermək istəyirdi. Şeyx birdən başını
qaldırıb, önəmli bir dəlil əlinə keçmiş kimi, mənə doğru dönüb, həmlə edəcək tək
belə dedi:)
Dostları ilə paylaş: