Rəsulallahın (s) qardaşıdır. Allah uludur, Allah uludur, Allahdan başqa məbud yoxdur…»
Həzrət Əlinin (ə) mübarək məzarına yetişdikdə deyilir: «Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur, təkdir, şəriksizdir».
Ziyarətçi, Allah, Rəsulallah (s) və Əimmeyi-ətharın (ə) iznlərini istəyib
hərəmə daxil olduqdan sonra, həzrət Peyğəmbərə (s) və Əirəl-möminin Əliyə (ə)
salam verməyi bildirən müxtəlif ziyarətlər oxuyur. Ziyarət qurtardıqdan sonra altı
rükət namaz qılınması buyrulmuşdur. Bunların iki rükəti Əmirəl-mömininə (ə),
digər dörd rükəti də həzrət Əlinin (ə) qəbrinin ətrafında dəfn edilmiş həzrət Adəm
(ə) və həzrət Nuha (ə) hədiyyə edilir.