Şeyx: «Özünü yerə ataraq alnı yerə qoymağı səcdə kimi qəbul etməmək necə
mümkün olar?»
Dəvətçi: «Təsdiq edərsiniz ki, səcdə niyyətə bağlıdır. Niyyət isə, qəlbə aid bir
şeydir. Qəlb və niyyətləri ancaq Allah bilir. Bəzən görürsünüz biri səcdə halında
özünü yerə atmışdır. Əlbəttə, Allaha məxsus olan bu halda, Allahdan başqasına,
hətta niyyət etməsə də, səcdə etməsi yaxşı deyildir. Lakin qəlbindəki niyyəti kimsə
bilmədiyimiz halda üçün, «səcdə edir» leyə bilmərik. Ancaq səcdəyə aid məxsus
zamanlarda, xarici görünüşü səcdə olduğu üçün ona səcdə deyirik.