Dəvətçi: «Əgər siz tərəfdən bir çətinlik yoxdursa, mən hazıram».
Hafiz: (Rəngi saralmış və sıxıntılı bir halda) «Biz tərəfdən də bir çətinlik
yoxdur; necə məsləhət bilirsiniz, buyurun».
Dəvətçi: «Bildiyiniz kimi, «imam» kəlməsinin bir neçə mənası var. Lüğətdə
rəhbər mənasındadır. Yəni imam camaatın rəhbəridir. Məsələn «camaat imamı»
dedikdə, camaat namazında hamıdan öndə durub namaza rəhbərlik edən
mənasındadır; «xalqın imamı» dedikdə, yəni xalqın siyasi, ya ruhani, ya da başqa
işlərdə başçısı mənasındadır; «Cümə imamı» dedikdə də, həmçinin xalqın cümə
namazına rəhbərlik edən mənasındadır.