172
Hafiz: «Çox insafsızlıq edirsiniz və ağzınıza gələni deyirsiniz. Hətta bizim
alimlərimizə iftira edərək, onların bir-birlərini mürtədlik, fasiqlik və küfrlə ittiham
etmək dərəcəsinə gəldiklərini iddia etdiniz. Bu söylədikləriniz tam bir yalandır!
Əgər əhli-sünnət üləması haqqında bir qrup tənqidlər edilmişsə də, şiə üləması
tərəfindən olmuşdur. Bizim üləmamız bir-birləri haqqında öz məqamlarına layiq
olan vəsf və təzimdən başqa bir bəyanda olmamışlar!».
Dəvətçi: «cənabali, siz ya öz alimlərinizin mötəbər kitablarında yazılanlardan
xəbərsizsiniz, ya da bilərəkdən özünüzü belə göstərirsiniz. Yəni bilirsiniz; amma
aldatmağa çalışırsınız. Böyük alimlərinizdən bir çoxu, bir-birlərinin kitablarına
tənqidlər yazmışlar. Hətta dörd məzhəb imalarınızdan bəziləri də bir-birlərini
fasiqlik və küfrdə ittiham etmişlər».
Dostları ilə paylaş: