175
Dəvətçi: «Bu bəyan sadəcə şiəyə aid deyil. Böyük alimlərinizdən bəziləri də
imamətin üsuliddindən olduğu inancına sahibdirlər. Məsələn sizin böyük və
tanınmış müfəssirlərinizdən Qazı Beyzəvi «Minhaculüsul» adlı kitabının «Əxbar»
bəhsi bölümündə açıq bir şəkildə belə bəyan edir: «İmamət, üsuliddinin ən önəmli
məsələlərindəndir və bunun rəddi küfr və bidətə səbəb olar».
Molla Əli Kuşçi «Şərhi-Təcrid» kitabının «İmamət» bölümündə belə deyir:
«İmamət peyğəmbərdən xilafət yoluyla, din və dünya işləri xüsusunda ümumi bir
riyasətdir (idarəçilik məqamıdır)».
Yenə sizin ən təəssübkeş alimlərinizdən Qazı Quzbəhan imamətin Xatəmül-
ənbiyanın (s) xəlifəliyi ünvanıyla ümmətin idarəçiliyi, Rəsulallahın imamət və
xilafət məqamı olduğunu bu şəkildə bəyan edir: «İmamət, Əşəriyə görə, dinin
yaşadılası və İslam millətinin qorunması xüsusunda Rəsulallahın (s) xilafətidir;
belə ki, bütün ümmətin ona itaət etməsi vacibdir».
Əgər imamət füruiddindən olsaydı Rəsuli-əkrəm (s) «
İmamını tanımadan
Dostları ilə paylaş: