211
xüsusi bir təşkilat qurmuşdu. Ğəzzali «Sirrul-aləmin» kitabının 4-cü məqaləsində
bu mövzuya toxunur: «Haqqa
arxa çevirib, cahiliyyət dövrünə döndülər»
1
.
Bu tərəfdən həzrət Harun (ə) ilə həzrət Əlinin (ə) vəziyyətləri arasında tam bir
oxşarlıq vardır. Tədqiqatçı alim və tarixçilərinizdən Diynəvəri ləqəbiylə tanınan
qazı Əbu Məhəmməd Əbdullah ibn Müslim ibn Qutəybə Bahili Diynəvəri «Əl-
İmamət vəs-siyasət» adlı əsərinin I cildinin 14cü səhifəsində Səqifə hadisəsini
geniş şəkildə yazdıqdan sonra belə deyir: «Əlinin evinə od vurub, onu təzyiq və
təkidlə məscidə gətirərək «Beyət et, yoxsa boynunu vurarıq» dedilər. Həzrət Əli də
bu hadisədən sonra Rəsulallahın qəbrinin üstünə gedib orada həzrət Harunun
Musaya (ə) dediyi sözləri söylədi. Allah-təala bu sözləri Quranda zikr etmişdir:
«
Bu cəmiyyət məni zəiflətdi(aciz qoydu) və haradasa, məni öldürməkdə
istəyirdilər».
Rəsulallah (s) Əlini (ə) həzrət Haruna bənzətməklə, sanki ümmətinə bunu
anlatmaq istəyirdi: həzrət Musanın bəni-İsrailin arasında olmadığı müddətdə
Haruna etdiyini mənim vəfatımdan sonra siz Əliyə (ə) edəcəksiniz.
Bu baxımdan, həzrət Əli (ə) bu mənanı isbatlamaq üçün ümmətin təzyiqini və
oyunbazların siyasətlərini görüncə, (artıq onu öldürməyə qədər irəli gəlmişdilər)
həzrət Peyğəmbərin (s) mübarək qəbrinin yanına getdi. Orada Harunun həzrət
Musaya
söylədiyi, Allah-təalanın da Quranda nazil etdiyi sözləri söylədi».
(Məclisdə olanlar başlarını aşağı salmaqla bir müddət səssiz qaldılar.)
Nəvvab: «Qibləsahib! Əgər Əli ibn Əbu Talib xəlifə idisə, nə üçün həzrət
Peyğəmbər (c) onu aşkar şəkildə xəlifə olaraq tanıtmamışdı, məqsədini işarə və
mətnaltı mənada demişdi. Əgər aşkar şəkildə «
Əli mənim xəlifəmdir» deyə
buyursaydı, kimsənin şübhəsi qalmazdı».
Dəvətçi: «Daha öncə ərz etmişdim: Rəsuli-əkrəm (s) həqiqəti iki şəkildə
bəyan etmişdi. Xəlifəliyi aşkar bəyan edən hədislər bir çox mötəbər kitablarınızda
nəql edilmişdir. Amma üstörtülü deməyin lətafətliyi aşkar deməkdən daha çoxdur.
1
Kitabın 9-cu gecəsində Ğazzalinin bu cümləsini Qədiri-Xum hədisinin əsnasında nəql etmişik. Həmin yerə
müraciət edin.
212
Ədəbiyyatçılar deyirlər: «Mətinaltı məna, insanı məqsədə aşkardan daha yaxşı
yetişdirir. Bu cür deyilən sözlərdə bir aləm məna yatır».
Nəvvab: «həqiqətin ortaya çıxması üçün bizim alimlərin kitablarında
xəlifəliyi aşkar isbat edən hədislərin bu anda yadınızda olanı söyləyə bilərsinizmi?
Çünki bizə xəlifəliyi aşkar bildirən heç bir hədisin olmadığını dəfələrlə
söyləyiblər».
Dəvətçi: «Mötəbər kitablarınızda ağamız Əmirəl-mömininin (ə) xilafətini
aşkar söyləyən bir çox hədislər vardır. Məclisin vaxtını nəzərə alaraq, zehnimdə
həkk olanlara işarə edəcəyəm».
Dostları ilə paylaş: