başladıqda biz şahidiniz olmayaq. Yerdə və göydə zərrə qədər heç bir şey sənin Rəbbindən gizli qalmaz. Daha kiçik və daha böyük heç bir şey yoxdur ki, açıq- aydın kitabda olmasın».
Bu ayələrin hökmünə və əqli dəlillərə görə heç bir hərəkət, iş və söz Allahdan
gizli deyildir. Aləmlərin Rəbbi, Hüzuri elmi ilə bəndələrinin bütün iş, əməl və
sözlərini bilir. Belə isə söylədiyiniz bu hədisi, yuxarıdakı iki və Qurandakı digər
ayələrə əsaslanaraq necə izah edə bilərsiniz? Deyə bilərikmi ki, Əbu Bəkrin razı
olub-olmadığını Allah bilmirdi, bunu bilmək üçün Allah-təala Əbu Bəkrdən
soruşmaq məcburiyyətində qalmışdı?! Üstəlik deyim ki, Allah-təalanın rizası,
insanların rizasıyla bağlıdır. Qul riza mənamına yetişmədiyi müddətdə, Allah-təala
ondan razı olmaz. Yaxşı, necə olur ki, Allah-təala Əbu Bəkrdən razı olduğunu
söylədiyi halda, Əbu Bəkrin riza məqamına yetişdiyini və Ondan razı olub-
olmadığını bilmir?!».