Ey Rəsulallahın Əhli-beyti! Sizin sevginizi, Allah tərəfindən nazir etdiyi Quranda vacib etmişdir. Sizin şəninizin ucalığına bu yetər ki, Sizə salavat göndərməyənin namazı qəbul olmaz. İndi insafla söyləyin, görəsən, yalnız bir tərəfin (Əhli-sünnətin) nəql etdiyi
hədis, hər iki məzhəbin sayı qədər nəql etdikləri səhih hədislər qarşısında dura
bilərmi?
Görəsən, Rəsulallahın (s) və Allah-təalanın Quranda sevməyi vacib bildiyi
şəxsləri bir kənara qoyub, onun yerinə başqalarına əhəmiyyət verilməsini ağıl
qəbul edirmi?! Görəsən, Rəsulallahın (s) xanımı və Ümmül-möminin olmaqdan
başqa fəzilətinə dair heç bir dəlil olmayan Aişəni Allahın Quranda sevgisini vacib
etdiyi, haqqında Təthir ayəsi nazil olan və yenə Quranın hökmüylə Mübahilə
hadisəsinə qatılmaq iftixarına yetişən Fatimədən (ə.s) daha çox başqasının
sevilməsi düşünülə bilərmi?! Ənbiya və övliyaların həvayi-nəfslərinə
uymadıqlarını, Allahdan başqa heç kəsi göz önünə gətirmədiklərini çox yaxşı
bilirsiniz. Xüsusilə Rəsuli-əkrəm (s) ancaq Allah üçün sevər və ancaq Allah üçün
nifrət edərdi. Allahın sevmədiyini qətiyyən sevməz və Allahın düşməni olmayana
düşmən olmazdı. O zaman Allahın, sevməyi vacib etdiyi həzrət Fatiməni (ə.s) bir
kənara qoyub başqalarını ondan üstün bilərmi?!
Peyğəmbəri-əkrəm (s) həzrət Fatiməni (ə.s) Allah onu sevdiyi üçün sevirdi.
Rəsulallah (s) Allahın aləmlərdəki qadınlardan üstün etdiyi və sevgisini vacib
bildiyi bir kəsi qoyub, xanımlarından birinin onunla müqayisə edilməsini qəbul
edərmi?
Ya hər iki məzhəbin qəbul və Qurani-kərimin də təyid etdiyi bu səhih
hədisləri rədd edəcəksiniz, ya da ziddiyyətin aradan getməsi üçün söylədiyiniz
hədislərin uydurma olduğunu qəbul edəcəksiniz.
250
«Rəsulallah (s) yanında ən çox sevilən şəxs Əbu Bəkr idi» hədisi də, böyük
və etibarlı alimləriniz tərəfindən nəql edilən; «Rəsulallah (s) yanında ən çox