nazil olduğunu bilirəm. Allaha and olsun, nazir olan ayələrin hamısının nüzul səbəblərini, harada nazil olduqlarını və kimə nazil olduqlarını, şübhəsiz, bilirəm. Çünki Rəbbim mənə fəsih bir dil və alıcı bir qəlb bağışlamışdır».
Quranın ayələri dəlil olaraq göstərildiyi zaman, həqiqi anlamı və həqiqi
müfəssirlərin bəyanıyla uyğun olmalıdır. Yoxsa hər kəs öz nəzər və zövqünə, inanc
və fikrinə görə Quranın ayələrini təfsir edərsə, bu vəziyyət ixtilaf və ayrılıqdan
başqa heç bir nəticə verməz.
Bu müqəddimədən sonra nəzərdə tutduğunuz o ayəni oxuyun. Əgər həqiqətə
uyğun olarsa, onu cani-qəlbdən qəbul edib, başımızın üstünə qoyarıq».