DÖRD XƏLİFƏNİN XİLAFƏTİ İLƏ ƏLAQƏLİ AYƏNİN NƏQLİ VƏ ONUN CAVABI
Şeyx: «Fəth» surəsinin 29-cu ayəsində Quran belə buyurur:
«Məhəmməd Allahın Rəsuludur. Onunla bərabər olanlar kafirlərə qarşı çox sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan razılıq və lütf diləyən görərsən. Onların əlaməti, üzlərində olan səcdə nişanəsidir».
Bu ayəyi-kərim bir tərəfdən Əbu Bəkrin (r.z) şərəf və fəzilətini isbat edərkən,
bir tərəfdən də Xulafeyi-raşidinin (r.z) xilafətini bildirir. Şiə camaatının iddiasının
əksinə olaraq, bu ayə Əlinin (ə) ilk xəlifə deyil, dördüncü xəlifə olduğunu bildirir».
Dəvətçi: «Ayəyi-kərimin zahirindən nə Xulafeyi-raşidinin xilafəti çıxır, nə də
Əbu Bəkrin fəziləti. Buna bir açıqlama verin. İddia etdiyiniz anlam ayənin
harasından anlaşılır?».