MƏHƏMMƏD (S) ƏHLİ-BEYTİNƏ (Ə) SALAVAT DEMƏK BARƏSİNDƏ İRAD VƏ ONUN CAVABI
Dəvətçi: «Şiə camaatı qətiyyən ayəyə və hədisə zidd bir iş etməyib və
etmirlər də. Keçmiş əsrlərdə onların düşmənləri, məsələn xəvaric, nəvasib, Əməvi
və onlara bağlı olanlar bəhanələr axtararaq, şiələri bidət əhli kimi tanıtmaları üçün
əsassız dəlillər gətirmişlər. Şiənin böyük alimləri onların bütün cavablarını vermiş
və bidət əhli olmadıqlarını isbatlamışlar. Qələm düşmənin əlində olarsa, tənha
qazilik edər və istədiyini yazar. Bu mövzunun da cavabı təfərrüatıyla verilmişdir.
Amma vaxt keçdiyinə görə, geniş bir şəkildə cavab verə bilməyəcəyəm.
Buyurduqlarınızın cavabsız qalmaması və məsələnin də məclisdə iştirak edən əziz
qardaşlarımız tərəfindən səhv başa düşülməsəsi üçün mövzu ilə bağlı bəzi
nöqtələrə qısaca toxunmaq istəyirəm:
Birincisi, zikr edilən ayə salavat və salamın başqalarına söylənməsini qadağan
etməmişdir; müsəlmanların həzrət Peyğəmbərə (s) salavat deməyin vacib olduğunu
əmr edir.
İkincisi, həmin bu ayəni nazil edən Allah-təala «Saffat» surəsinin 130-cu
ayəsində belə buyurur:
«Ali-Yasinə salam olsun».
Risalət (s) ailəsinin (ə) böyük xüsusiyyətlərindən biri də, Quranın hər yerində
böyük peyğəmbərlərə (ə) xüsusi sala buyurur:
«Aləmlər arasında Nuha salam olsun», «İbrahimə salam olsun», «Musa və