2.Politologiyanın predmeti,kateqoriyaları,
funksiyaları,metodları
Politologiyanın predmetini-şəxsiyyətin, siyasi təsisatların və
t
əşkilatların, sosial qrupların, siniflərin, millətlərin və dövlətin
f
əaliyyətində təzahür edən cəmiyyətin siyasi sferasının fəaliyyəti və
inkişaf qanunauyğunluqları təşkil edir.Siyasət haqqında elm obyek-
tiv gerç
əkliyin təhlili baxımdan müxtəlif səviyyələrə malikdir.Şərti
olaraq politoloji bilikl
ərin nisbi müstəqillik kəsb edən üç səviyyəsi
haqqında mülahizə yürütmək olar: siyasi fəlsəfə, konkret nəzəri
t
əhlil səviyyəsi-siyasət nəzəriyyəsivə empirik təhlil səviyyəsi-tətbiqi
politologiya.
Siyasi f
əlsəfənin spesifikliyi ondan ibarətdir ki, siyasətin mə-
nalan
dırılması onu dünyagörüşü nöqteyi-nəzərindən qiymətləndir-
m
əklə, elecə də cəmiyyət həyatının digər sferaları ilə qarşılıqlı əla-
q
ədə nəzərdən keçirməklə şərtlənir.
İnsan və siyasət siyasi təhlilin məğzidir.Əgər siyasi fəlsəfə
siyas
ətdə əsasən keçmişi mənalandırırsa, siyasət nəzəriyyəsi onun
haqqında indiki, müasir bilikdir.İdrakın bu cür spesifikliyi ondan
ibar
ətdir ki, siyasəti bütöv hadisə olmaqla, onun daha ümumi və
sabit xüsusiyy
ətlərinin, qanunauyğunluğunun və fundamental prob-
8
leml
ərinin təhlilinin köməyi ilətəhlilin makro səviyyəsi ilə nəzərdən
keçirir.
Empirik t
əhlil səviyyəsində siyasətin sosial məzmunu, onun
konkret texnologiyası, siyasətin həyata keçirilməsinin praktiki üsul-
ları, formaları və metodları-təhlilin mikro səviyyəsi nəzərdən keçiri-
lir.
Politologiya elmi
nin başlıca məqsədi cəmiyyətin siyasi siste-
minin strukturunu v
ə fəaliyyətini tədqiq etməkdən ibarətdir. Belə
dem
ək olar ki, politologiyanın predmetini həm də sistemin, siyasi
münasib
ətlərin təşkilini və fəaliyyətini müəyyənləşdirən qanunları
öyr
ənmək təşkil edir.O, dövlətin müasir inkişaf mərhələsinin və bü-
tün dünya birliyinin qar
şıya qoyduğu xeyli siyasi məsələlərə cavab
verir.Politologiya siyas
ət, siyasi proseslərin texnologiyası haqqında
elm kimi m
ənalanır.Bu elmin predmeti sözün geniş və dar mənasın-
da ba
şa düşülsə də,bu iki dərketmə səviyyəsi bir-birinə zidd deyil-
dir.Ge
niş mənada politologiya (siyasi elm kimi) siyasəti öyrənən
f
ənlər (elmlər) kompleksi baxımdan səciyyələnməklə özündə bütün
siyasi bilikl
əri birləşdirir, sözün dar və daha ciddi mənasında polito-
logiya (v
ə ya siyasətin ümumi nəzəriyyəsi) məhz sosial subyektlərin
hakimiyy
ətə münasibətdə spesifik qanunauyğunluqlar qrupu ilə
bağlılıq kəsb edir, hakimiyyətdə olanlarla hakimiyyətə tabe olanlar,
idar
ə edənlərlə idarə olunanlar arasındakı münasibətlər mexanizmi-
nin xüsusi tipini t
ədqiq edir.Politologiyanın əsas tədqiqat obyektini
üç fundamental problem-siyas
ət, dövlət və hakimiyyət təşkil
edir.Bu üç fenomen bir-biri il
ə sıx bağlıdır.Dövlət və siyasətin
hakimiyy
ətlə əlaqələndirilməsi politologiyanın predmetinin spesifik
m
əqamlarındandır.Çünki siyasət hakimiyyət, hakimiyyət isə dövlət
vasit
əsi ilə həyata keçirilir.Politologiya dövləti və hakimiyyət
münasib
ətlərini cəmiyyətin başlıca siyasi təsisatları kimi nəzərdən
keçirir.Müasir politoloji
ədəbiyyatda dövlət nəinki siyasətin
subyekti v
ə hakimiyyətin daşıyıcısı kimi, həm də beynəlxalq
al
əmdə dövlətin suverenliyinin daşıyıcısı baxımdan tədqiq
edilir.Politologiya elminin öyr
əndiyi problemlər sistemində digər
9
siyasi t
əsisatlarda (siyasi partiyalar,siyasi hərəkatlar, siyasi
t
əşkilatlar) əhəmiyyətli yer tutur.Parlament mexanizmi, parlament
demokratiyası, seçki sistemi, kütləvi informasiya vasitələrinin siyasi
funksiyaları və s. bir qayda olaraq politoloqların diqqətindən
k
ənarda qalmır.Anlayışlara və kateqoriyalara malik hər cür elm
mövcud olmaq hüququ il
ə səciyyələnir.Kateqoriyalar elmin
predmetinin
əhəmiyyətli tərəflərini əks etdirən başlıca
anlayışlardır.Anlayış və kateqoriya elmin elə dilidir ki, onu
bilm
ədən konkret elmi problem çərçivəsində effektli ünsiyyət
mümkün deyildir. Kateqoriyalar elmi id
rakın inkişafı gedişində və
ictimai praktika
əsasında formalaşır.Onlar təfəkkürün sosial
gerç
əkliyin mahiyyətinə nüfuz etməsini mənalandırır.Hər bir
müst
əqil elm kimi politologiya da öz xüsusi anlayışlar-kateqoriyalar
sistemin
ə aiddir. Bu elmin mərkəzi kateqoriyası “siyasi”
anlayışdır.Kateqoriyalarelmin son dərəcə
ümumi
anlayışlarıdır.Buna görə elmin çıxış nöqtəsini təşkil edən
kateqoriyaların müəyyən edilməsi çox vacibdir.Çünki hər hansı
elmin fundamenti m
əhz onların vasitəsilə möhkəmlənir.
Politologiyanın başlıca kateqoriyalarına siyasət, siyasi, siyasi həyat,
siyasi sfera, siyasi al
əm, cəmiyyətin siyasi sistemi, siyasi
hakimiyy
ət, tabeçilik, hökmranlıq, qayda və s. aiddir.Onların
köm
əyi ilə öyrənilən məkanın ümumi həcmi, onda təcəssüm olunan
spesifik hadis
ələrin məcmusu, elmin obyekti və predmeti
mü
əyyənləşir. Kateqoriyaların digər qrupunun köməyi ilə başlıca
siyasi qüvv
ələr və siyasətin təsisatlı komponentləri: siyasətin
subyektl
əri, siyasi elita, liderlər, dövlət, siyasi partiyalar, ictimai
t
əşkilatlar, təzyiq qrupları və s. tədqiq edilir.
Politologiya
nın siyasi şüuru əhatə edən özünəməxsus anlayış-
lar v
ə kateqoriyalar dairəsini siyasi bilik, siyasi mədəniyyət, siyasi
mühit, siyasi sosial
laşma və s. təşkil edir. Onları şərti olaraq huma-
nitar kateqoriyalar kimi mü
əyyənləşdirmək olar. Politologiyanın so-
sial-iqtisadi v
ə humanitar elmlərdən istifadə etdiyi kateqoriyalarıda
var
dır: sivilizasiya, cəmiyyət, əhali, xalq, azadlıq, mədəniyyət, tə-
10
r
əqqi və s. Bu elmlə sosiologiyanın və hüquqşünaslığın qovuşuğun-
da yerl
əşən kateqoriyalarda diqqəti cəlb edir: hüquqi dövlət, vətən-
daş cəmiyyəti, ictimai rəy, sosial qruplar və təbəqələr, sosial təsisat-
lar v
ə s.
Politologiyanın sosial əhəmiyyəti, müasir cəmiyyətə təsiri
onun funksiyalarında təzahür edir.Funksiya latın dilində həyata
keçirm
ə, yerinə yetirmə kimi mənalanır.Birsözlə, digər hadisələrdən
asılı olan və onların dəyişikliyə məruz qalması nəticəsində dəyişən
hadis
ə kimi səciyyələnir.
Politologiya c
əmiyyətdə sosial əhəmiyyət kəsb edən bir sıra
funksiyalar yerin
ə yetirir.Bu elmin başlıca funksiyalarına konsep-
tual-t
əsviri, izahedici, idrakı proqnozlaşdırıcı, metodoloji-
qiym
ətləndirici, inteqrasiyaedici, idarəedici, tərbiyə, tətbiqi, huma-
nitar funksiyalar aiddir.
Politologiya
nı öyrənərkən onun metodları barədə aydın təsəv-
vür
ə malik olmaq vacibdir.Çünki siyasi hadisə və proseslər müxtəlif
metodla
rın köməyi ilə dərk edilir.Metod sözü yunan sözü olub təd-
qiqat üsulu m
ənasını verir.Metod dedikdə tədqiqat predmetinin
m
əzmununun açıqlanmasına imkan yaradan məntiqi üsul və vasitə-
l
ərin məcmusu başa düşülür.Siyasi elmin metodlarından normativ,
sosioloji, antropoloji, t
əsisatlı, biheviorist, psixoloji, sistemli, struk-
tur-funksional v
ə müqayisəli metodları göstərmək olar.
M
əqsədlərdən asılı olaraq politologiyanın metodlarını bir neçə
qru
pa ayırmaq olar:
Ümumm
əntiqi metodlar (təhlil, sintez, induksiya, deduksiya,
modell
əşdirmə və s.). Bu metodlar idraki prosesin qayda və prose-
duralar
ını müəyyənləşdirir.
Obyekt haq
qında ilk informasiyanın əldə olunmasına istiqa-
m
ətlənən empirik tədqiqat metodları (müşahidə, kontent-təhlil, yəni
mü
əyyən informasiyanı, sorğunu, eksprimenti və s. ifadə edən müx-
t
əlif sənədlərin öyrənilməsi).
11
Siyasi real
lığı, siyasi hadisələrin müəyyən qədər başa düşül-
m
əsini və şərhini əks etdirən ümumi fundamental metodlar.Onları
siyasi real
lığın nəzəri şərhi modeli adlandırırlar.
Politologiyanın predmetini öyrənərkən onun sosial-iqtisadi və
humanitar bilikl
ər sistemində yerini müəyyənləşdirmək
lazımdır.Hər şeydən əvvəl, politologiya cəmiyyətin və ictimai mü-
nasib
ətlərin mürəkkəb sistemin öyrənilməsinə istiqamətlənən elm-
l
ərdən biridir.Məlumdur ki, şəxsiyyət və cəmiyyət haqqında əhə-
miyy
ətli təsəvvürü məhz fəlsəfə elmi təcəssüm etdirir. Politologiya-
nın fəlsəfə ilə münasibətləri özünəməxsus ziddiyyətli, birmənalı ol-
mayan s
əviyyədə təşəkkül tapır. “Siyasətin fəlsəfəsi”, eləcə də “Si-
yasi f
əlsəfə” terminlərindən istifadə edilməsi geniş yayılmışdır. Po-
litoloji probleml
ərin fəlsəfi cəhətdən mənalandırılması zəruri meto-
doloji prinsipdir, siyasi elmin komponentidir.Bu elm f
əlsəfə ilə ya-
na
şı iqtisadiyyatla, tarix elmi ilə, sosioloji biliklərlə sıx əlaqədardır.
Politologiya elmin
ə ən yaxın elmlərdən biri də hüquqdur.Bundan
başqa, bu elm sosial psixologiya, siyasi psixologiya, siyasi coğrafi-
ya, siyasi antropologiya, siyasi astrologiya v
ə digər elmlərlə özünə-
m
əxsus əlaqəyə malikdir.
Dostları ilə paylaş: |