V BÖLMƏ
S
iyasi rejim, siyasi şüur,siyasi ideologiya və
siyasi m
ədəniyyət
1.Siyasi rejim anlayışı
Siyasi rejim c
əmiyyətin siyasi həyatının şəraitini ifadə edir, bu
v
ə ya digər ölkənin konkret tarixi inkişaf mərhələsinə xas olan mü-
hiti s
əciyyələndirir. Müxtəlif mənafelərin inteqrasiyası, onların ha-
kimiyy
ət strukturlarında ifadəsi, siyasətin qarşılıqlı sosial fəaliyyəti-
nin t
ənzimlənməsi siyasi rejimin vasitəsilə həyata keçirilir.Latın di-
lind
ə reqimen sözündən əmələ gələn və idarəetmə anlamını ifadə
ed
ən rejim anlayışı siyasi münasibətlərin vəziyyətini və xarakterini,
c
əmiyyətin siyasisisteminin funksional parametrlərini müəyyənləş-
dirir. Siyasi rejim c
əmiyyətdə hakimiyyətin həyata keçirilməsinin
üsul v
ə metodlarının məcmusudur. Eyni zamanda o, özündə konkret
tari
xi şəraitdə cəmiyyət daxilində siyasi qüvvələrin nisbətinin nəti-
c
əsi olan siyasi azadlığın vəziyyətini əks etdirir. Dünyanın hər bir
ölk
əsində siyasi rejim siyasi hakimiyyətin real mənzərəsini əks etdi-
rir. Siyasi rejim mü
əyyən dövlət tipi üçün səciyyəvi olan siyasi mü-
nasib
ətlərin, dövlət hakimiyyətində və cəmiyyətdə təşəkkül tapan
münasib
ətlərin ideologiyasının, hakim formasının, siyasi mədəniy-
y
ətin vəziyyətinin məcmusudur. Siyasi məqsədlər sistemi, ümumi
doktrina, el
əcə də cəmiyyətin və dövlətin inkişafının forma və üsul-
la
rı siyasi rejimin xarakterindən asılıdır.
Hakimiyy
ət rejimlərinin təsnifatına ilk cəhd antik müəlliflər
t
ərəfindən edilmişdir.Yunan mütəfəkkiri Platon dövlət idarəçiliyinin
aşağdakı tiplərini fərqləndirmişdir: aristokratiya (yaxşıların haki-
miyy
əti), timokratiya (şöhrətpərəstlərin hakimiyyəti), oliqarxiya
(çoxla
rının hakimiyyəti), demokratiya (hamının hakimiyyəti), tira-
niya (zora
kı hakimiyyət). Platona görə, təkamül gedişində demokra-
tiyadan sonra hökm
ən tiraniya gələcəkdir. Digər yunan mütəffəkiri
Aristotel dövl
ət idarəçiliyinin altı formasını qeyd etmiş və onları
133
müsb
ət və mənfi xüsusiyyətlərəmalik cütlüyə ayırmışdır: monarxiya
- tiraniya; aristokratiya - oliqarxiya; politiya-demokratiya. Aristok-
ratiya
nıarzu olunan dövlət quruluşu hesab edən Aristotel cütlüyün
ilk hiss
əsini müsbət, ikinci hissəsini isə mənfi idarəetmə tipi adlan-
dırmışdır.Hakimiyyət və idarəetmə tiplərinin təsnifatı və təhlili siya-
si fikir tarixind
ə digər görkəmli nümayəndələr tərəfindən də nəzər-
d
ən keçirilmişdir. N.Makiavelli, F.Bekon, T.Hobbs, B.Spinoza,
Ş.Monteske və başqaları siyasi rejimin mahiyyətini və onu doğuran
s
əbəb və şəraiti müəyyənləşdirmək üçün müxtəlif meyarlardan isti-
fad
ə etmişlər.
Ha
zırda “siyasi rejim” anlayışı ilə bağlı iki nöqteyi-nəzər
mövcuddur.Onlardan biri siyasi-hüquqi v
ə ya təsisatlı mövqe ilə
bağlıdır, digəri sosioloji metodla əlaqədardır. Birinci qrupa daxil
olan, siyasi t
əhlilin təsisatlı istiqamətini təmsil edən amillər “rejim”
anlayışını idarəetmə və ya dövlət quruluşu ilə eyniləşdirməyə meyl
edirl
ər.
İkinci qrupa daxil olanların fikrincə, cəmiyyət və dövlət
arasında elə əlaqələrə birinci dərəcəli əhəmiyyət verilir ki, onlar,
real sur
ətdə təşəkkül tapmışdır.Bu halda rejim yalnız hakimiyyətin
(dövl
ət quruluşunun) forması vəancaq strukturu kimi deyil (ona xas
olan siyasi irad
ənin reallaşdırılması metodları ilə), həm də daha
geniş əhəmiyyət kəsb edən aspektdə, yəni qarşılıqlı sosial və siyasi
münasib
ətlərdə uyğunluğa malik olan anlayış kimi nəzərdən
keçirilir. Siyasi elmd
ə siyasi rejimin səciyyəvi anlayışını ilk
mü
əyyənləşdirənlərM.Dyüverje, Q.Lassuel , J.L.Kermon və
başqaları olmuşdur.
Siyasi rejim c
əmiyyətin ümumi çərçivələrində (struktur və
müv
əqqəti xarakterli çərçivədə) fəaliyyət göstərən hakimiyyətin
mü
əyyən strukturlarının məcmusu olmaqla, onun sabitliyini
qarşısına məqsəd qoyur və bunun üçün təşəkkül tapan sosial
m
ənafelərə və spesifik metodlara əsaslanır. Bir sözlə, siyasi rejim
siyasi hakimiyy
ətin həyata keçirilməsi metodlarının, üsullarının,
vasit
ələrinin məcmusudur.Siyasi rejimin dörd mühüm əlamətə
134
bölün
ən xarakteri vardır: partiyaların sayı; açıq müxalifətin
mövcudluğu; vətəndaşlarınsiyasi azadlığının səviyyəsi; azad
seçkil
ərin mövcudluğu.
Siyasi rejim anlayışından istifadə etməklə, cəmiyyətdə siyasi
idar
əetmənin hansı metodlarla həyata keçirilməsini bilmək olar.
Siyasi rejiml
ərin demokratik, totalitar və avtoritar növləri vardır.
Dem
okratik siyasi rejim xalqın hakimiyyətin mənbəyi kimi
tanınması ilə bağlıdır və vətəndaşların siyasi həyatda geniş iştirakı
v
ə onların siyasi hüquq və azadlıqlarının praktiki reallaşması
vasit
əsilə hakimiyyət strukturlarının formalaşması prosesini təmin
etm
əlidir. Nəhayət, demokratik siyasi rejim xalq hakimiyyətini,
başqa sözlə, bütün hakimiyyətin xalqa verilməsini, onun siyasi
t
əsisatlara nəzarəti vasitəsilə cəmiyyətin və dövlətin real idarə
olunması imkanlarını nəzərdə tutur.Praktiki həyatda əsil, “xalis”
demokratiya (xalq hakimiyy
əti), hər şeydən əvvəl, real gerçəkliyin
n
əzəri modelli, nümunəsi kimi çıxış edir. Cəmiyyətindemokratik
t
əşkili haqqında nəzəri təsəvvürlər Aristotel, N.Makiavelli,
T.Hobbs, C.Lokk, Ş.Monteske, J.J.Russo, T.Cefferson, A.Tokvil,
M.Veber v
ə başqalarının əsərlərində öz əksini tapmışdır.
Totalitarizim antidemokratik rejimin (avtolitarizm, h
ərbi
diktatura, istibdad idar
əçiliyi və s. ilə yanaşı) növlərindən biridir.Bu
rejim dövl
ət tərəfindən cəmiyyətin və hər bir insanın həyat
f
əaliyyətininbütün sferalarının tam (total) qaydada sərt nizama
salınması və zorakı vasitələrləonların üzərində nəzarətin həyata
keçirilm
əsidir.Total rejim şəraitində dövlət hakimiyyəti məhdud
insanlar qrupunun v
ə ya siyasi liderin, “rəhbərin” əlində cəmləşir və
totalitarizml
ə avtoritarizmin tipoloji əlaqəsini üzə çıxarır.
“Totalitarizm” termini latın dilində tam, bütövlük mənasını
ifad
ə edir.Bu termini siyasi söz ehtiyatına Benito Mussolini
g
ətirmişdir.1923-cü ilin payizinda İtaliyada Mussolininin başçılığı
altında “totalitar hakimiyyət” təşəkkül tapdı. Totalitarizmdə
mülkiyy
ət bütövlükdə dövlətə məxsusdur və ya ona sərt nəzarət
edilir, bu is
ə inhisarçı hakimiyyəti doğurur, istər-istəməz siyasətin
135
v
ə hakimiyyətin vasitələri bir yerdə birləşir və dövləti ümumi
m
əcburetmə hakimiyyətinə gətirib çıxarır.Bu rejim şəraitində fərdin
iqtisadi azadlığının vacib şərti hesab olunan vətəndaş cəmiyyəti
praktiki olaraq n
əzərə çarpmır.Ənənəvi istibdad rejimlərindən fərqli
olaraq, total sistem mü
əyyən müddət idarə edənlərlə idarə olunanlar
arasında konsensusu saxlayan daxili birliyi ilə fərqlənir. Beləliklə,
c
əmiyyətin zor gücünə dəyişdirilməsini nəzərdə tutan inqilabi
ideyalar totalitar dünyagörüşlərin əsasını təşkil edir.
Avtotarizm ad
ətən totalitarizmlə demokratiya arasında aralıq
v
əziyyətə malik olan rejim tipi kimi səciyyələnir. Avtotarizmin
mü
əyyənləşdirilməsi üçün hakimiyyət və cəmiyyətin münasibət-
l
ərinin xarakteri mahiyyətli əhəmiyyət kəsb edir.Həmin münasibət
inamdan çox m
əcburetmə əsasında təşəkkül tapır. Bu rejim
şəraitində dəqiq işlənib hazırlanmış rəhbər ideologiya mövcud
deyildir.
Avtotarizm siyasi t
əfəkkürdə, rəylərdə və hərəkətlərdə
m
əhdud və nəzarətdə olan plüralizmə yol verir, müxalifətin
mövcudluğu iləbarışır. Cəmiyyət həyatının müxtəlif sferalarına
r
əhbərlik bir o qədər totallıq kəsb etmir.Vətəndaş cəmiyyətinin
sosial-iqtisadi infrastruktura, istehsal, h
əmkarlar ittifaqı, təhsil
mü
əssisələri, kütləvi təşkilatlar, kütləvi informasiya vasitələri
üz
ərində sərt məhdudlaşdırılan nəzarət yoxdur.Avtoritar rejim
hakimiyy
ət ugrundareal siyasi rəqabətə, cəmiyyət həyatının ən
mühüm m
əsələləri üzrə qərarların qəbul olunmasında əhalinin
faktiki iştirakına sərt münasibət bəsləyir. Bu rejim şəraitində
şəxsiyyətin hüququ, azadlığı təhrif olunur və pozulur, seçki
prosedurası saxta, zahiri xarakter daşıyır, xalq hakimiyyətdən
uzaqlaşdırılır və onun formalaşmasında və həyata keçirilməsində
real sur
ətdə iştirak etmir. İcraedici hakimiyyət bütün arzuolunmaz
terrorçu metodlarla müxalif
ətə divan tutmaq üçün bilavasitə
zorakılıq tətbiq etmək imkanlarını daim saxlayır.Avtoritar rejimlər
arasında teokratik rejimi xüsusilə fərqləndirmək olar. Teokratik
rejimd
ə ümumi hakimiyyət məhdud qrupun, müəyyən tayfanın
136
əlində cəmləşir, idarəetmədə həddən artıq mərkəzləşmə həyata
keçirilir (M
əsələn, İranda Ayətolla Xomeyninin rejimi). Avtoritar
rejimin ifrat ifad
əsinə hərbi rejimlər-Çilidəki Pinoçet, ərəb
şərqiölkələrindəki vətandaş diktaturaları misal ola bilər. Bu
rejiml
ərdə birbaşa zorakılığa istiqamət götürülür, iqtisadiyatın
h
ərbiləşdirilməsi baş verir, kütlələrdə fanatizmə sitayiş diqqəti cəlb
edir. Avtoritar rejimin t
əsnifatına çoxcəhətli yanaşmaları və üs-üstə
düşməyən nöqteyi-nəzərləri əsas götürərək, onun aşağdakı tiplərini
qeyd etm
ək olar: mütləqiyyət-monarxiya, hərbi avtoritar (hərbi
xunta), avtoritar-bürokratik v
ə inqilabi-populist ( geniş yayılan). Bu
rejim c
əmiyyətin totalitarizmdən demokratiyaya keçid şəraitində
hakimiyy
ətin həyata keçirilməsinin zəruri tipidir, eləcə dəinqilabi
d
əyişikliklər dövründə və digər ekstremal şəraitlərdə, məsələn,
müharib
ə, iqtisadi böhran, cinayətkarlıq və s. zamanı hakimiyyətin
h
əyata keçirilməsidir.Bu cür şəraitdə avtoritar hakimiyyət keçid
dövrünün t
əlabatı kimi çıxış edir və gələcəkdə (meydana çıxan
ictimai probleml
ərin pozitiv həlli zamanı) demokratiyaya tərəf
transformasiya oluna bil
ər. Eyni zamanda avtoritar rejim bir qayda
olaraq, siyasi qüvv
ələrin kəskin qütbləşməsi ilə müşahidə edilən
ictimai quruluşların əvəz olunması zamanı baş verir. Bu zaman
c
əmiyyətdə baş verən uzunmüddətli iqtisadi vəsiyasi böhranın
demokratik vasit
ələrlə aradan qaldırılması mümkün olmur.
Avtoritar rejiml
ər əsasən XX əsrin ikinci yarısında Asiya, Afrika və
Latın Amerikasının müstəmləkəçillikdən xilas olan bir sıra
ölk
ələrində təşəkkül tapdı. 1953 - cü ildə keçmiş SSRİ - də Stalinin
ölümünd
ən sonra totalitar rejimin avtoritar rejimə çevrilməsi
başlanır. Totalitarizmdən avtoritarizmin fərqi burejimin
m
əqsədlərini, tarixi vəzifələrini başa düşməklə bağlıdır.Totalitarizm
bir qayda olaraq, utopik ideyalarla
əlaqədardır. Məsələn, üçüncü
“reyx
” min il yaşamağı nəzərdə tuturdu. Keçmiş sovet kommunist
sistemi d
ə əbədi mövcud olacağını bəyan edirdi. Avtoritar rejim
c
əmiyyətin köklü, inqilabi surətdə yenidəndəyişdirilməsini qarşısına
137
m
əqsəd qoymur.Onun məqsədi konkret vəzifələri həyata
keçirm
əkdən, ölkəni çətin vəziyyətdən xilas etməkdən ibarətdir.
Bel
əliklə, antidemokratik rejimlər tarixən öz ömrünü başa
vurmuş və müxtəllif amillərin təsiri altında onların demokratiya
t
ərəfə təkamülü baş vermişdir.
Dostları ilə paylaş: |