Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİNİn akademiyasi


Si yasi şüurun ideoloji komponenti



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə43/54
tarix06.01.2022
ölçüsü1,12 Mb.
#113705
1   ...   39   40   41   42   43   44   45   46   ...   54
Azf-307607

3.Si
yasi şüurun ideoloji komponenti 
 
Siyasi  şüurda  ideologiya  mühüm  yer  tutur.  Şəxsiyyət və 
ictimai qruplar praktiki f
əaliyyətlərində  ideoloji məqsədləri, 
prinsipl
əri, doktrinaları başlıca siyasi dəyər kimi qiymətləndirirlər, 
çünki ideoloji d
əyərlər xeyli dərəcədə  onların  siyasi  səylərini 

əyyənləşdirir. Siyasi ideologiya siyasi şüurun daha təsirli forması 
olmaqla, dövl
ətin və  digər vacib hakimiyyət təsisatlarının 
f
əaliyyətini istiqamətləndirir və cəmiyyətin bütövlüyünü təmin edir. 
İdeologiya  terminini  elmi  dövriyyəyə  ilk dəfə  fransız  tədqiqatçı 
filosofu Antuan Destyut deTrasi b
əxş etmişdir. O, istər XVIII əsrin 
sonunda yazdığı “Düşünmək qabiliyyəti haqqında etüdlər” əsrində, 
ist
ərsə də dörd cilddən ibarət “İdeologiyanın ünsürləri” adlı əsərində 
ideologiyanı “ideyaların təşəkkülü və insan təfəkkürünün qanunları 
haqqında  elm”  kimi  əsaslandırmağa  cəhd  etmişdir.  Maarifçilik 
dövründ
ə  təşəkkül tapan siyasi ideologiya arzu edilən ideal 
c
əmiyyət  haqqında  təsəvvürləri  əks etdirirdi. Müasir elmdə 
ideologiya  termininin  şərhində  müxtəlif mövqelər nəzərə  çarpır. 
T.Pars
ons ideologiyanı geniş tutumlu anlayış kimi şərh edərək, ona 
funksional yanaşma kontekstində diqqət yetirir. 


140 
İdeologiyaya  direktiv  (göstəriş)  xarakterli  münasibət 
marksizm
ə  məxsusdur. Marksizmdə  ideologiya sinfin köklü 
m
ənafeyinin ifadəsi  kimi  vurğulanır.  İdeologiyaya  kulturoloji 
yanaşma  isə  onun mədəniyyət kontekstində  araşdırılmasıdır  və 
ideologiyanı  sonuncunun  mühüm  elementi  kimi  nəzərdən keçirir. 
Bu m
əsələlər M.Veberin, K.Manheymin, E.Dürkheymin əsərlərində 
əsaslandırılır.  İdeologiya  siyasi  ideyaların,  görüşlərin, dəyər və 
m
əqsədlərin məcmuunun sistemləşdirilmiş növü, həmçinin fərdi və 
el
əcə də ictimai şüurun tərkib hissəsi olmaqla bu konteksdə siyasi 
ideologiya  kimi  çıxış  edir.  Siyasi  ideologiya  siyasi  xarakterli 
ideyalar vasit
əsilə  hakimiyyət münasibətləri sistemi və  cəmiyyətin 
siyasi  quruluşu  barədə  təsəvvürləri  birbaşa  əks etdirir.  İdeologiya 
özünd
ə  kütləvi  emosiyanı,  hazırlıq  və  həmrəylik hissini,  sosial 
əhval-ruhiyyəni  əks  etdirir.  Siyasi  ideologiyanın  hakimiyyət 
sferasında  rolu  onun  ictimai  şüura  yiyələnməsinin  xarakterindən 
asılıdır. Siyasi ideologiyanın başlıca funksiyalarına sərvət yönümü, 
s
əfərbəredici, inteqrativ, dayandırıcı-məhdudlaşdırıcı, iştirakçılıq və 
proqnozlaşdırma,  aksioloji,  müəyyən  sosial  qrupların  mənafeyini 
ifad
əsi,  müdafiəsi və  s. daxildir. Siyasi  ideologiyanın  bu 
funksiyaları,  onları  siyasi  şüurun  digər  formalarından  (məsələn, 
siyasi psixologiyadan) f
ərqləndirən iki xüsusiyyət sayəsində: total 
əhəmiyyətə (qloballığa) idealı olmaq və normativlik əsasında yerinə 
yetirilir.  İdeologiya və  siyasətin nisbəti məsələsi ciddi nəzəri və 
praktiki problemdir. Eyni zamanda siyasi ideologiyanın köməyi ilə 
insanların dünyagörüşü təşəkkül taparaq inkişaf edir, siyasi dəyərlər 
v
ə  sərvət  yönümü  formalaşır.  İdeologiya  qrup  halında  olan  və 
ictimai m
ənafelərin ifadəsini təmin edən siyasi və  ictimai 
t
əşkilatların aləti kimi nəzərə çarpır, ideoloji birləşmə isə ağır həyati 
sınaqlarda  özünü  böyük  yaradıcı  qüvvə  kimi  sübut  etmişdir.  Bir 
m
əqamıda  qeyd  etmək  lazımdır  ki,  total  siyasətin total 
ideologiyalaşması  təhlükəlidir, belə  halda cəmiyyətin siyasi həyatı 
özünün bütün çoxc
əhətli təzahürlərində  vahid ideoloji doktrina 
əsasında nəzərə çarpır. Həmçinin ideologiya sosial qrupların siyasi 


141 
reallığa  münasibətini müəyyənləşdirir,  eləcə  də  cəmiyyətin siyasi 
inkişafının  prinsipial  istiqamətini  əsaslandırır.  Siyasi  tarix 
yüzillikl
ər  ərzində  xeyli  ideoloji  doktrinaların  təzahürü və 
t
ənəzzülünü nümayiş etdirmişdir. Dini və milliideologiya, anarxizm 
v
ə tyermondializm, ekologizm və xristian-demokratik ideologiyalar 
qüdr
ətli siyasi hərəkatları  istiqamətləndirmişlər.  Onların  əhatə 
dair
əsi  çox  genişdir,  özündə  həm mötədil (mülayim), eləcə  də 
radikal, ekstremist ideya-siyasi c
ərəyanları  birləşdirir.  Siyasi 
ideologiyanın “sol” və “sağ” cərəyanlara ayrılması da mümkündür. 
Müasi
r  dövrün  başlıca  siyasi-ideoloji cərəyanlarına  liberalizm-
neoliberalizm, mühafiz
əkarlıq-neomühafizəkarlıq, 
marksizm 
(kommunist v
ə sosialist ideo- logiyası), sosial-demokratiya, faşizm 
aid edil
ə bilər. 
Liberalizm  ideyası  antik  dövrün  mütəfəkkirləri  sayılan 
Demokrit v
ə Lukretsi Karr tərəfindən irəli sürülmüşdür.O, müstəqil 
ideoloji c
ərəyan olmaq etibarilə XVII-XVIII əsrlərin sonunda ingilis 
maarifçil
əri C.Lokk, T.Hobbs, C.Mill və  A.Smitin siyasi fəlsəfəsi 
əsasında formalaşdırılmışdır. Şəxsiyyətin azadlığının insanın başlıca 
hüququ elan edilm
əsi,eləcə  də  onun  mülkiyyət sistemi ilə 
əlaqələndirilməsi  bu  baxımdan  diqqəti cəlb edir. Liberalizm öz 
konsepsiyasının  əsasının  azad  rəqabət  idealından,  sərbəst  bazar 
münasib
ətlərindən və sahibkarlıqdan ibarət olduğunu elan etdi. Bu 
dünyagörüşün əsasını universal şəxsi azadlıq idealı ilə əlaqədar olan 
f
ərdiyyətçilik,humanizm və  rasionalizm,  insanın  şəxsi dəyəri və 
xüsusi mülkiyy
ətdən özgələşməmək, azad bazar və  rəqabət təşkil 
edir.  Hazırda  klassik  liberalizm  öz  əsassızlığını  büruzə  vermiş  və 
neoliberalizm 
forması  kəsb  etmişdir.  Neoliberalizmi  yeni tarixi 
formanı  məhz iqtisadiyyatda dövlət idarəçiliyinin güclənməsi və 
sosial m
əqsədlərin  rolunun  artması  doğurmuşdur.  Neoliberalların 
siyasi  proqramında  idarə  edənlərlə  idarə  olunanların  konsensusa 
g
əlməsi, kütlələrin siyasi prosesdə  iştirakının  zəruriliyi, idarəetmə 
q
ərarlarını  qəbulu  qaydalarının  demokratikləşməsi  ideyası  başlıca 
yer tutur. 


142 
Siyasi ideologiyalardan biri d
ə XVIII əsrin sonunda təşəkkül 
tapan mühafiz
əkarlıqdır. Bu termini həmin dövrdə ilk dəfə işlədən 
F.Şatobrian olmuşdur. Mühafizəkarlığın dünyagörüşü bütöv sistem 
olmaq etibaril
ə  ənənəvi,  əxlaqi və  maddi dəyərlərə  istinad edən 
c
əmiyyətin təsdiqlənməsinə əsaslanır. 
Mühafiz
əkarlıq  ideyasını  təşkiledən  ən mühüm cəhətlər  dini 
dünyagörüşünə  yönələn irrasionalizm, milli dəyərlərlə  bağlı  olan 
ənənəviçilik  və  tarixi həyat tərzidir.  İkili  mənəvi hadisə  olan 
mühafiz
əkarlıq bir tərəfdən müəyyənedici inersiya ədalət və adətlə 
bağlı  olan  psixoloji  durum,  təfəkkür tərzi, müəyyən həyati 
temperament, 
əvvəlki idarəetmə  sisteminə  üstünlük verən 
köhn
əpərəst  şüur  sistemidir  (məzmun və  məqsədlərindən  asılı 
olmayaraq), dig
ər tərəfdən isə  siyasətdə  və  bütövlükdə  həyatda 
müvafiq  davranış  modelidir,  öz  fəlsəfi  əsasları  ilə  səciyyələnən 
xüsusi ideoloji mövqedir. O, özünd
ə  siyasi  iştirakçılığa  dövlətə, 
sosial qaydalara v
ə siyasi fəaliyyətə, partiyalara, ittifaqlara müəyyən 
münasib
ət prinsiplərini birləşdirir,  mövcud  qaydaları  qoruyub 
saxlamağa  cəhd edir. Mühafizəkarlığın  mənəvi  ataları  İ.De  Mestr, 
Z.De Bonald, E.Berk,  sonralar X.Kortes, R.Pil, O.Bismark v
ə 
başqaları  sosial  qaydaları  şüurlu  surətdə  yenidən təşkil  etmək 
haqqında  fikrin  qeyri-təbiiliyini təsdiqlənməyə  cəhd  etmişlər. 
Mühafiz
əkar  ideoloqların  fikrincə,  siyasi  qaydaların  əsasını 
kompromis
ə  əsaslanan tədrici islahat təşkil  edir.  Hazırkı  dövrdə 
mühafiz
əkarlıq dünyadakı dəyişikliklərlə uyğunlaşır. XX əsrin 70- 
ci ill
ərinin  birinci  yarısından  etibarən  mühafizəkarlıq 
neomühafiz
əkarlıq simasında çıxış etməyə başlayır. Onun tanınmış 
nümay
əndələri  İ.Kristol,  N.Podqorets,  D.Bell,  Z.Bjezinski  və 
başqaları  hesab  olunur.  Neomühafizəkarlıq  vətəndaşla  dövlətin 
qarşılıqlı  əxlaqi məsuliyyətini və  onların  qarşılıqlı  yardımını, 
hüquqa hörm
ət edilməsini, həddən artıq demokratiyaya qeyri-inamı, 
dövl
ət  qaydalarını  möhkəmliyinə  əsasla-  nan ailə  və  dini mənəvi 
üstünlüyünü,  sosial sabitliyi c
əmiyyət üçün başlıca şərt hesab edir. 
Onun siyasi m
əqsədini, oriyentasiyasını praqmatizmfərqləndirir. 


143 
Müasir dövrün 
başlıca  siyasi  ideoloji  cərəyanlarından biri 
marksizmdir,y
əni  kommunnist və  sosialist  ideologiyasıdır. 
Sosializm  ideyası  dünyaya çoxdan məlum olsa da,  bu  ideyanın 
n
əzəri cəhətdən rəsmiləşməsi yalnız XIX əsrin ortalarında reallaşdı. 
H
əmin dövrdə  yaranan marksist (kommunist) ideologiyası  yetkin 
olmayan kapitalizmin k
əskin sinfi ziddiyyətləri şəraitində  təşəkkül 
tapmışdır.  Marksizmin  siyasi  proqramı  özündə  hakimiyyət 
münasib
ətlərinin və  mülkiyyət münasibətlərinin inqilabla 
d
əyişdirilməsi tələblərini təcəssüm etdirir, bu dəyişikliklərə 
kommunist  partiyası  tərəfindən rəhbərlik edilməsi zərurətini elan 
edir, keçid dövründ
ə  proletariat  diktaturası  dövlətinin  yaradılması 
v
ə  onun böyüyərək ümumxalq dövlətinə  çevrilməsi  ideyasını  irəli 
sürür. Burada insanların ümumi bərabərliyi başlıcakommunist idealı 
kimi  çıxış  edir.  Qeyd  edək ki, marksizmin bəzi konseptual 
müdd
əları  praktikada  kifayət qədər təsdiqlənmədi. Belə  ki, nəticə 
etibaril
ə  bu  ideologiyanın  müasir  dünyaya  təsiri xeyli dərəcədə 
z
əiflədi.  
Müasir dövrd
ə  sosial-demokratiya  ideologiyası  daha  geniş 
yayılmışdır. XX əsrdə sosial-demokratiya ideologiyası ictimai şüura 
daha çox t
əsir göstərən  ideologiya  olmuşdur.  Sosialist 
ideologiyasının  qolu  olan  sosial-demokratiyaBirinci Dünya 
müharib
əsini və  Rusiyadakı  bolşevik  inqilabını  xüsusi  tənqidi 
s
əviyyədə  qiymətləndirməyə  cəhd  etmişdir.  Müasir  sosial-
demokratiya  plüralist  dünyagörüşünə  (marksizmə,  yenikantçılığa, 
t
ənqidi rasionalizmə və s.) əsaslanaraq azadlıq, ədalət və həmrəylik 
ideyasını müdafiə edir. Sosial demokratların siyasi proqramı özündə 
ictimai islahat, sosial mütt
əfiqlik,hüquqi dövlət, sosial oriyentasiyalı 
qarışıq iqtisadiyyat, siyasi plüralizm və demokratiya tələblərini əks 
etdirir.  Onların  ideologiyasının  əhəmiyyətli komponenti əxlaqi 
d
əyərlər sistemindən və siyasi fəaliyyətin etik stimulundan ibarətdir. 
Sosialdemokratların  “demokratik  sosializm”modelinin  həyata 
keçiril
ə  bilməməsi “ümumi rifah dövləti”  ideyasının  reallaşması 
ç
ətinlikləri ilə bağlıdır. 


144 
N
əhayət,  müasir  dövrün  başlıca  siyasi-  ideoloji 
c
ərəyanlarından  biri  də  faşizmdir.  Bu  ideologiya XX əsrin 20-ci 
ill
ərində yaranmışdır. Faşizm termini latın dilində fasio, italiyanca 
is
ə fassismo sözlərindən götürülmüş, dəstə, birləşmə mənasını ifadə 
edir.  Bu  ideologiyanın  banisi  İtaliya  sosialistlərinin  sol  qanadının 
keçmiş lideri B.Mussolini hesab olunur. Onun nəzəriyyəsi Platonun, 
Hegelin elitar n
əzəriyyələrinə əsaslanmaqla, mahiyyət etibarilə son 
d
ərəcə  millətçilik, dövlətin “sonsuz iradəsi” və  onu idarə  edən 
siyasil
ərin  elitarlığı  mövqeyindən  çıxış  edir  və  bu mövqeyin 
t
əbliğinə  istiqamətlənir.  Faşizm  ideologiyasının  növlərindən biri 
Hitlerin  (Şiklqruberin)  nasional-sosializmidir. Alman nasional- 
sosializmi  (milli  sosializmi)  İtaliya  faşizmi  ilə  sovet kommuni-
zminin b
əzi cəhətlərini özündə birləşdirir. Bu faşist ideologiyasının 
əsasını irqi, etnik, sinfi, yerliçilik münasibətləri təşkil edir. Hazırda 
faşizm  ideologiyası  müxtəlif cərəyanlar  formasında  təzahür edir. 
Hazırkı  şəraitdə  dünyanın  siyasi  həyatına  təsir göstərən həmin 
c
ərəyanlardan  biri  ekstremist  ideologiyadır.  Məhz belə  şəraitdə 
antikonstitusiya istiqam
ətli, cəmiyyətin sabitliyinə 
v
ə 
t
əhlükəsizliyinə  qorxu yaradan siyasi təşkilatlar  və  hərəkatlar 
meydana  çıxır.  Hazırda  ultrasağ  (sağ  ekstremist)  ideya-siyasi 
c
ərəyanı  dünyada ciddi ictimai təhlükə  yaradır.  Bunlara  faşizm, 
nasizm  (neonasizm) aiddir. Onlar praktikada siyasi terrorizm
ə, 
zorakılığa,  totalitar  metodlara,  ictimai  həyata nəzarət  olunmasına, 
milli zülm
ə,  soyqırıma  və  müharibələrə  gətirib  çıxarır.  Bundan 
f
ərqli olaraq,  ultrasol (sol ekstremist) ideologiya isə  təcili inqilab, 
radikalsosial-
siyasi  çevriliş,  volyuntarizm  və  siyasi dözümsüzlük 
ideyasını fəaliyyət proqramının əsası kimi qəbul edir. Eyni zamanda 
onların  sırasına  anarxizmin  müxtəlif cərəyanlarını  trotskisizmi  və 
neotrotskisizmi(dünya  inqilabı  ideyalarını),  o  cümlədən siyasi 
terrorizm
ə meylli olan “yeni solları” aid etmək olar. 
 
 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin