90
Sxem 5.7. Təkələrin təsnifatı
İdarə olunan və saxlayan təkərlər aparılan təkərlərdir ki, onlar karkasdan və ya kuzovdan itələyici
qüvvəni alıb, avtomobilin irəliləmə hərəkətini onların diyirlənməsinə çevirir. Polad təbəqədən diskli
təkərlərdə topun birləşdirici elementi çənbərə qaynaq olunmuş polad diskdir. Disk yüngül metallardan
(alüminium, maqnezium) tökmə və döymə üsulu ilə hazırlanır və kiçik kütlədə yüksək möhkəmlikli olur.
Belə təkərlər polad təkərlərdən bahadır.
a) b)
Şəkil 5.16 Diskli (a) və disksiz (b) təkərlər
Disksiz təkərlər topla birlikdə hazırlanmış birləşdirici hissəyə malik olur və böyük yükgötürmə
qabiliyyətli yük avtomobillərində istifadə olunur. Müqayisə etsək, konstruksiyasına görə disksiz
təkərlər sadə, kütləsi az, qiyməti aşağı, uzunömürlü, əyləc mexanizm və şinlərin daha yaxşı
soyudulmasını təmin edir. Dəndəli təkərlər (tor şəklində) məhdud tətbiq edilir, lakin əyləc
mexanizmlərini yaxşı soyutduğundan idman avtomobillərində istifadə olunur. Çənbər - pnevmatik şinin
yerləşdirilməsi üçündür. Minik avtomobillərinin əksəriyyətində və kiçik yükgötürmə qabiliyyətli yük
avtomobillərində dərin, sökülməyən çənbərlərdən istifadə olunur. Dərin çənbər disklə sərt birləşir, disk
təkərin boltlar və ya sancaqlarla bərkidilməsi üçündür. O, böyük sərtlikli, kütləsi az və hazırlanmasının
sadəliyi ilə fərqlənir. Yük avtomobillərinin şinləri böyük ölçüyə və sərtliyə malik olduğundan sökülən
çənbərlərə montaj olur. Disklər çənbərlərə qaynaqla birləşdirilir. Disksiz təkərlər yük avtomobillərində
və avtobuslarda geniş tətbiq olunur.
● Şinlərin növləri və elementləri
Pnevmatik şin - asqı ilə birlikdə yol nahamarlıqlarından yaranan təkan və zərbələri
yumşaldaraq udur və avtomobilin hərəkət səlisliyini təmin edir.
91
Avtomobillərdə ətraf mühitin -45
Dostları ilə paylaş: