Təlim nəticəsi 5: Avtomobilin hərəkət hissəsinin ümumi quruluşunu bilir və müəyyən



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə4/15
tarix08.01.2022
ölçüsü0,74 Mb.
#113733
1   2   3   4   5   6   7   8   9   ...   15
avtomobillarin-umumi-qurulusu(1)(2)

 

 

  

 

 

 

Sxem 5.3. Aparan sistemin tipləri  

             Çərçivə  iki  uzununa  və  bir  neçə  eninə  tirdən    ibarətdir.  Tirlər  poladdan  möhürlənir  və  kəsiyi 

pazvari  olur.  Çərçivənin  ayrı-ayrı  hissələri  pərçimlə  yaxud  qaynaq  vasitəsilə    birləşdirilir.  Çərçivənin 

davamlılığını və sərtliyini artırmaq üçün bucaqlıqlarda bərkidilir. Qanadları, bərkidilən yerini (pillələri), 

yanacaq bakını, ressorları və başqa detalları bərkitmək üçün çərçivənin  kronsteynleri olur.  

  

  

  



      

 

A

 

paran sistem

   


Çərçivəli

   


   

 

Kuzovlu



   

İnteqrasiya olunmuş

   



80  

  

Çərçivənin  ön  tərəfində  iki  yedək  qarmağı,  arxa    tərəfində    yedək    tərtibatı    qoyulur.  Minik  



avtomobillərində  çərçivə   vəzifəsini   kuzanın   əsası   yerinə    yetirir.  Bu cür kuzaya aparan kuza deyilir. 

Aparan  kuza  bərkidilmə  yerlərində  üstlüklərlə  möhkəmləndirilir.    Mühərrikin      bərkidilməsi      üçün   

kuzanın   ön   tərəfində   gödək   çərçivə  düzəldilir.  

  

Şəkil 5.3. İnteqrasiyalı aparan kuza  

● Avtomobillərin  çərçivələrinin tipləri və quruluşu  

 

Müasir  


avtomobillərdə çərçivələrin konstruksiyasına,  

formasına,   dözümlülüyünə   və  

möhkəmliliyinə görə müxtəlif tipləri vardır.   

  

  



  

  

 

Sxem 5.4. Çərçivənin tipləri  



Lonjeronlu  çərçivə  bir-biri  ilə  köndələn  atılan  tirlərlə  birləşdirilmiş  iki  uzununa  tirlərdən 

ibarətdir.  Lonjeron  -  fransız  dilindən  götürülmüş  “uzunu  boyunca  gedən”  sözündəndir.  Lonjeronlu 

çərçivələr daha çox yayılmışdır. Lonjeronlar polad vərəqlərdən ştamplanır və dəyişən profilli  şveller 

kəsikli olur (şəkil 5.4). Lonjeronların ən çox yükləndiyi orta hissədə profilin hündürlüyü daha böyükdür. 

Avtomobilin  tipindən  və  onun  tərtibatından  asılı  olaraq  lonjeronlar  bir-birinə  paralel  və  ya  bucaq 

altında qoyula bilər, həmçinin şaquli və üfüqi müstəvilərdə əyilə bilər. Kuzovun, asqıların detallarının, 

transmissiya mexanizmlərinin, idarəetmə sisteminin və digər elementlərin lonjeronlara bərkidilməsi 

üçün ona lazım olan kronşteynlər pərçimləndirilir.  

  

Şəkil 5.4. Lonjeronlu yük avtomobilinin çərçivəsi  

Köndələn  atılan  tirlər  də  lonjeronlar  kimi  polad  vərəqlərdən  ştamplanır.  Onlar  uyğun 

mexanizmlərin çərçivəyə bərkidilməsini təmin edən formalı hazırlanır. Məsələn, qabaq köndələn tir 

mühərrikinin  qabaq  hissəsinin  quraşdırılması  üçün  uyğunlaşdırılır.  Çərçivənin  ön  ucunda  bufer  və 

yedək qarmaqları quraşdırılır. Bufer - toqquşmalar və maneəni vurma zamanı təkan zərbələrin qəbul 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin